Sayfalar

2010/12/21

MAVİ EKRANLARIN "AŞURA" DONU

Yaşıl üzsüz qalmış mavi ekranların və ya yaşılofobiya ilə məşğul olan əksər televiziya kanallarının Tasua-Aşura günlərində proqramlarındakı ab-hava matəm görkəmini xatırladırdımı? Bu, bir yana, ümumiyyətlə televiziya ekranları önəmi önəmindən önəmli olan bu günlərdə hansı qeyri-adi addımlar atmışdılar?

Qısaca araşdırmam bu mənada məsələnin o qədər də ürəkaçan olmadığını bir daha göstərdi. 9 televiziya kanalımızdan “İdman Azərbaycan” və “ATV İnternational”ı çıxmaqla bəlkə də məsələni istədiyim yaxşı yönə çəkirdim. Amma nə çarə... Qeyd edim ki, araşdırmam sadəcə Aşura günüylə bağlı idi. Tasua günü toplumda o qədər də tanınmadığı üçün, tv-ekranlardan nə isə ummaq yersiz olardı. İlk öncə ictimaiyyətdə çox pis tanınan, özünü Azərbaycan teleməkanının lideri görən Lider Tv-nin proqramına diqqət yetirək. Çox təəssüf ki, bu tv Aşura gününün sözün yaxşı mənasında lideri ola bilmədi. Ümumi gündəlik proqramda heç bir dəyişiklik yox idi. Bu azmış kimi, “Tap dostum” musiqili əyləncəli yarışması da “prime time”da ekranda yayımda idi. Lider tv-dən əlimi üzüb, bir çox hallarda İslama önəm verən, reytinqlərin lideri Xəzər Tv-yə yön tutdum. Amma yönümdə, düşüncəmdə yanlışlıq var idi. Xəbər proqramları xaricində Aşura günü Xəzər TV-nin cədvəlində dəyişiklik edə bilməmişdi. “Buna da bir quş” – deyib, şou-biznesin ifratına varan, bu mənada insanlarda ikrah hissi yaradan, son bir neçə gündə hicabofobiyada da əməyi olan, “Azad Azərbaycan” televiziyasına diqqət yetirmək istəməzdim. Çünki, bu tv-kanaldan heç bir şey gözləmirdim. Amma yenə də: “bəlkə?” deyib, nəzərlərimi ATV kanalına çevirdim. Elə gözlədiyim və ya başqa sözlə, gözləmədiyim mənzərənin şahidi oldum:

- Musiqilər, “Yeni ulduz 10”, “Onun yarısı” və s. bu tipli musiqili verilişlər. Heç təəccüblənməyib, nəzəri addımlarımı dövlət televiziyasından - Aztv-dən saldım. Cəmiyyətin əksər hissəsinin biri-birinə yarı ciddi-yarı zarafat “səni görüm Aztv-yə baxasan” dediyi dövlət tv-dən söhbət gedir. Amma bir nüans nəzərimi çəkdi. Bu müqəddəs günə xatir “Peyğəmbər (s)” bədii filmi ekranda özünə yer tapmışdı. Buna “sevinimmi, üzülümmü?” formatlı qaranlıq qalmış suallarıma cavab tapa bilmirdim. “İnşaallah, bundan yaxşısı olar” kimi arzu-istəklərimlə milli adət-ənənəmizi üstün tutan İctimai tv-dən ümidlərim çox idi. Amma bu çox olan ümidlərim sıfra endi. Hətta “Avroviziya” musiqili yarışmasının da ekranda görünməsi bu tv-də “Aşura” gününün hörmətinin olmamasından xəbər verirdi. 2 tv kanalı qalmışdı: Space və ANS TV. Mübarək Ramazan ayında “Hz.Yusif” serialıyla cəmiyyətimizə müsbət yöndə töhfə vermiş Space tv-dən çox da olmasa, gözləntilərim var idi. Sadəcə olaraq, milli kinomuz olan “Axırıncı aşırım” ümumi proqramda dəyişikliyin yaxşı mənada qurbanı olsa da, “Planet parni iz Baku” əyləncəli verilişi buna kölgə salaraq, sanki “Gözləntilərini məndən də çək!” deyirdi.

Sonda tv kanallarımızın içərisində digərlərinə nisbətən mənəvi yönüylə tanınan ANS TV, bu dəfə də Aşura gününün ehtiramını saxlayaraq proqramında ciddi dəyişiklik etmişdi desəm, yanılmaram. Əsla ANS-çi mövqe tutmuram. Ən azından onu deyim ki, bir neçə il bundan əvvəlki hamının sevimlisi olan ANS artıq bu hörmətini itirib. Mən sadəcə olaraq Aşura günüylə araşdırmamdakı gerçəklikləri deyirəm və deməliyəm də. Bu mənada ANS-ə ”alqışlar”. Diqqətimi çəkən məqam - “Meyxana” verilişinin həm “Tasua”, həm də “Aşura” günü və “Toy olsun” verilişinin “Aşura” günü efirə getməməsi idi. Bundan başqa, ”Günəbaxan” verilişində Aşura mövzusu, “İbrahim”, ”Vaqiə günü”, “Axırıncı aşırım”, “Kərbəla”, “Tövbə”, “Əsirlər karvanı” filmlərinin efirə getməsi ANS-ə “alqışlar, əhsən” deməyimin layiqli səbəbiydi.

P.S. Sonda ANS Tv-nin proqramına diqqət yetirməyim, yazımı sadəcə olaraq bədbin notlarla bitirməmək istəyimdən irəli gəlir. Bu qədər TV kanalımızın içərisində isə yalnız birinin Aşura müqəddəsliyinə ehtiramı ürəkyandıran gerçəklikdir.

Pərviz Həsənli.

İstinad: Deyerler.org

2010/11/30

EL CLASSİCO VE YA BARSA "5H0W"


Öten gün bütün dünyanın sözün esl menasında gözü, qelbi, fikri-zikri İspaniya La liqasının 13-cü turu çerçivesinde keçirilen Barselona - Real Madrid matçına yönelmişdi. Matçın enenevi olaraq şenbe ve ya bazar günü yox, bazar ertesi oynanılması da oyuna olan marağı azaltmamışdı. El Classico adıyla bütün dünyada meşhurlaşmış matç prinsipiallığı ile önem kesb edirdi. Ezeli reqabet, klubların ulduz heyyete malik olması, her iki klubun turnir cedvelinde qonşu pillede yer alması ve daha vacib meqam oyundan bir neçe gün evvel Realın baş meşqçisi Maurinyonun sözün esl menasında "başından böyük danışması" matça önemi artırırdı. Bir çox futbol mütexxesisleri de Maurinyolu Realın bu oyunda en azı meğlub olmayacağını deyirdi. Amma gözlenilenlerin eksi olaraq Quardiyolanın yetirmeleri meydanda madridlilere göz verib, işıq vermirdi. Möhteşem Nou Kamp stadionunda oyuna hemişeki dönüş müdaxileleri ile tanınan Jose Maurinyodan eser-elamet bele yox idi. Messi ve yoldaşları meydanda at oynadırdı. 98255 azarkeşin izlediyi matçda "Barsa show" 10-cu deqiqede Xaviyle resmen açıq elan olundu. Bundan sonra meydanda her iki klubun futbolçuları hisslerine meğlub olub, Classicoya kölge salan hereketlere yol verirdiler. Çoxları Realın status qolunu berpa edeceyini anı gözlediyi meqamda, sehneye Pedro çıxdı. 17-ci deqiqede vurulan bu qol artıq böyuk hesab olacağının ilk sindromlarını üze çıxarırdı. Lakin ilk hisse ele bu hesabla başa çatdı. Bir çox mütexxesis, madridli futbolseverler mehz ikinci hissede Maurinyonun adet edilmiş üzre oyuna dönüş müdaxilesini etmesini gözleyirdi. Amma hemen gün meydanda Barselona var idi. Josenin bele sakit-dinmez oturub şounu izlemesi " ağ bayraq qaldırmağın " bir nümunesi idi. Meydanda bütün kompanentlerde Realı üsteleyen kataloniyalılar 55 ve 58-ci deqiqelerde 3 deqiqe erzinde David Vilya ile daha iki qola imza atıb hesabı Real üçün "real facie"ye çevirdiler. Lakin barsalı futbolçular bununla işini bitmiş hesab etmir, sanki qol şousundan doymurdular. Bunun bariz nümunesi kimi oyuna 87-ci deqiqede Pedronun evezine daxil olmuş genc Jeffren hakimin oyuna elave etdiyi deqiqelerde kariyerasına önem qatan qolu madridlilerin qapısından keçirdi. Matçın son deqiqelerinde bu meğlubiyyeti heç cür hezm ede bilmeyen S.Ramos öz hisslerinin qurbanı oldu. Etdiyi kobudluğa göre qırmızı vereqe alıb meydandan qovuldu. Bu "El Classico"da son maraqlı hadise idi. Hakimin final fiti ise Realın 5-0 darmadağın olmasından, Maurinyonun tarixinin en ağır meğlubiyyetinden ve İspaniya La liqasının yeni liderinin Barselona olmasından xeber verirdi.

P.S. Bütün Barselona azarkeşlerini bu möhteşem qelebe münasibetiyle tebrik edirem.

Perviz Hesenli

2010/11/25

İSLAM DİNİNİN KAMİL OLDUĞU GÜN.

Qədir Xum hadisəsi (ixtisarla)


Hicrətin onuncu ilində Peyğəmbər (s)
Həcc mərasimini icra etmək üçün Məkkəyə yola düşdü. Bu dəfə belə bir
vacib əməlin yerinə yetirilməsi əziz Peyğəmbərin ömrünün axırıncı ilinə
təsadüf edirdi. Buna görə də onu “Həccətül-vida” (vida Həcci)
adlandırırlar. Həcc mərasiminin qayda-qanunlarını dəqiq öyrənmək və
Peyğəmbərlə həmsəfər olmaq həvəsi ilə onunla yoldaş olanların sayı
təxminən 120 min nəfərə çatdı. Həcc mərasimi sona çatdı. Əzəmətli bir
cəmiyyət o həzrəti müşayiət edən bir halda Mədinəyə tərəf yola düşdü.
Məkkədə ona qoşulan şəxslərdən başqa hamı onun yanında idi. Karvan
Qədir-Xum adlı susuz bir səhraya (Cöhfədən üç millik məsafədədir)
çatanda vəhy mələyi nazil oldu, Allah tərəfindən Peyğəmbərə dayanmaq
əmri verdi.
Allahın əmri aşağıdakı ayədə Peyğəmbərə nazil oldu: “Ey Peyğəmbər,
Rəbbinin tərəfindən sənə nazil olanı camaata çatdır. Əgər bu işi
etməsən, Allahın risalətini yerinə yetirmiş olazsan. Allah səni
camaatdan (onların şərrindən) qoruyacaq.” (Maidə 67)

Peyğəmbər zöhr namazını o əzəmətli cəmiyyətlə birgə qıldı. Qədir
diyarında o günə kimi belə əzəmətli bir cəmiyyət görünməmişdi. Sonra
camaatın arasına gəlib dəvələrin yüklərindən düzəldilmiş bir minbərə
çıxdı və uca səslə belə bir xütbə oxudu:

- “Sitayiş yalnız Allaha məxsusdur. Ondan kömək istəyirik, Ona iman
gətirmişik, Ona təvəkkül edirik və öz nəfslərimizin şərindən,
əməllərimizin pisliyindən o Allaha pənah aparırıq ki, yolunu azanlar
üçün Ondan başqa heç bir hidayətçi və yolgöstərən yoxdur və Onun hidayət
etdiyi şəxsi heç kəs azdıra bilməz. Şəhadət veririk ki, Ondan başqa heç
bir mə`bud yoxdur və Məhəmməd Allahın bəndəsi və elçisidir. Ey camaat!
Yaxın vaxtlarda mən haqqın də`vətinə “ləbbeyk” deyib sizin aranızdan
gedəcəyəm. Mən də məs`ulam, siz də məs`ulsunuz. Mənim barəmdə nə
fikirləşirsiniz?
Peyğəmbərin səhabələri dedilər:–Şəhadət veririk ki, sən Allah
dinini təbliğ etdin, bizə qarşı xeyirxah olub nəsihət verdin, bu yolda
çox çalışdın. Allah sənə gözəl mükafat versin!
Peyğəmbər buyurdu:–Allah mənim mövlam, mən də mö`minlərin
mövlasıyam və onlara, onların özlərindən artıq ixtiyar sahibiyəm. Ey
camaat, mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və
rəhbəridir.
Peyğəmbər axırıncı bu cümləni üç dəfə təkrar edib sonra belə dua etdi:
“Pərvərdigara, Əlini sevən hər kəsi sev, Əli ilə düşmənçilik edən hər
kəsə düşmən ol! Ilahi, Əlinin dostlarına kömək, düşmənlərini xar və
zəlil et. Pərvərdigara, Əlini haqqın mehvəri qərar ver!

“Peyğəmbər Əliyə buyurdu: Qalx ayağa, mən səni özümdən sonra camaatın rəhbəri və yol göstərəni seçirəm.
Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Camaat, sizə
vacibdir ki, Əlinin həqiqi dostları və düzgün ardıcılları (havadarları)
olasınız.”

2010/09/16

"Bakı Dövlət Universiteti Bağımsız Tələbə Birliyi" Türk şəhidliyini ziyarət etdi.

Bakının 1918-ci il sentyabrın 15-i Qafqaz İslam ordusu tərəfindən bolşevik-daşnaklardan azad olunmasının il dünümüylə bağlı Şəhidlər Xiyabanında yerləşən Türk şəhidliyinə ziyarət təşkil olunub. Mütəmadi olaraq bir neçə gün əvvəldən bu şərəfli yolda şəhid olanlar istər hansısa təşkilatlar, istərsə də  fərdi  insanlar şəklində ziyarət olunurdu. Diqqəti çəkən xoş məqam burasındadır ki, facebook sosial şəbəkəsində Bakı Dövlət Universitetinin vətənpərvər gənci  Cavid Qarayev tərəfindən yeni yaradılmış "Bağımsız Tələbə Birliyi"nin də sentyabrın 15-i  ilk görüşü baş tutub. Hüseyin Cavid heykəlinin qarşısından baş tutan görüş Şəhidlər Xiyabanında sona çatıb. Fəal gənclər tərəfindən şəhidlərin şərəfinə ucaldılmış abidə qarşısına əkili qoyulmuş və dualar oxunmuşdur. Bundan əlavə bu yolda şəhid olanlarla bağlı gənclərə ətraflı məlumat da verilmişdir. Digər sevindirici məqam isə Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının başqanı Seymur Həsənlinin də gənclərlə görüşüb onlara bu yolda dəstək olacağını bildirməsidir. Daha sonra gənclər 20 Yanvar şəhidlərini də ziyarət edib xatirə rəsmi də çəkdirmişdir. Cavid Qarayev isə çıxışında bu ilk gürüşün məhz belə günə təsadüf etməsinə sevindiyini ve qrupun əsas məqsədinin Bakı Dövlət Universitetin təhsil alan gəcnlər arasında vətənpərvərlik ruhunun artırılmasına kömək olacağını bildirdi. 

2010/08/19

"Qarabağ" tarixi oyuna, tarix yazmağa çıxır.

Bu gün Ağdamın "Qarabağ" klubu Avroliqanın play off oyunlarının ilk turu çərçivəsində Almaniyanın məşhur "Barrusiya Dortmunt" klubunun qonağı olacaq. Matçın təmsilçimiz üçün çətin keçəcəyi gözlənsə də azarkeşlər bu oyundan ümidlidi. Bunu deməyə əsas da var. Çünki "Qarabağ" həm keçən, həm də bu il kifayət  qədər gözəl oyun nümayiş etdirir. Hətta bu il Avroliqadakı  səfər matçlarında göstərici də bizim xeyrimizədi. Belə ki, "Qarabağ"ımız səfərdə oynadığı 3 matçda meğlub olmayıb. 2 qələbə, 1 bərabərlik. Çox maraqlıdır ki, Bakıdakı oyunlarda da eyni nəticə qeydə alınıb. Ümumilikdə bu il təmsilçilərimiz Avrokubok oyunlarında - rəqib meydanında məğlubiyyətin nə olduğunu bilımir. 4 qələbə, 2 bərabərlik. "Qarabağ"ın bu uğurlu seriyanı davam etdirəcəyinə inanırıq. Klubumuz Almaniyada azarkeş baxımından da korluq çəkməyəcək. Həm Almaniyadakı səfirliyimiz, həm qürbətçi vətəndaşlarımız, həm də Almaniyadakı qardaş Türkiyəli qürbətçilər bir neçə gündü matçın ciddi təbliğatı ilə məşğuldu. Bir çox xarici informasiya vasitələri də hamını "Qarabağ"a dəstək verməyə çağırır. 

Oyuna bir neçə saat qalmış mütəxxəsis və futbolçu rəyləri də matçın önəmini daha da çox artırır. Bunlardan bir neçəsinə nəzər salaq:

«Borussiya Dortmunt » klubunun  baş  məşqçisi - Yurgen Klopp: «Qarabağ»a uduzmağa haqqımız yoxdur, Azərbaycan torpaqlarının işğal edilməsindən xəbərdaram. Bu üzdən matçın Bakıda keçiriləcəyini bilirik. Kaş “Qarabağ”ın öz stadionunda oynamaq imkanımız olardı.

“Qarabağ” klubunun baş məşqcçsi - Qurban Qurbanov:  Sona qədər  vuruşacağıq və təslim olmayacağıq.

“Bakı” klunun baş məşqçisi - Vinfred Şefer: “Qarabağ” sizin üçün ağacdan qopub düşən hazır armud deyil”

Milli komandamizin baş məşqçisi - Berti Foqts: “Qarabağ”ın qələbəsi dünyanın əsl möcüzəsi olacaq”

«Borussiya» nın Turkiyəli  futbolçusu -  Nuri Şahin: «Unutmayın ki, «Qarabağ» «Visla» kimi bir komandaya qalib gəlib»

"Qarabağ" klubunun hücumçusu - Əfran İsmayılov: «Biz bu şansımızdan istifadə edib tarix yazmalıyıq»

Oyuna gəlincə qeyd edim ki, Qarabağin ən sərrast futbolçusu Efran İsmayılov zədə ucbatından matçı buraxacaq. Rəqib düşərgədə də bir neçə ciidi itki var. 

Barrusiya-Qarabağ matçı Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Azərbaycan Televiziyası və İdman Azərbaycan telekanalları vasitəsiylə  ilə canlı yayımlanacaq. 

QARABAĞA UĞURLAR!!!!!

Pəviz Həsənli

2010/07/23

Şəhid hərbçimiz Mübariz İbrahimova Milli Qəhrəman adı verildi!

Prezident İlham Əliyev Azərbaycan Ordusunun şəhid əsgəri, gizir Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.

Dövlət başçısı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi barədə də Sərəncam imzalayıb. Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Prezident qərara alır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etməldiir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin iyunun 19-dakı hücumu zamanı Millli Ordumuzun əsgəri, əslən Biləsuvar rayonundan olan Mübariz İbrahimov qəhrəmanlıq göstərərək şəhid olub. Onun meyiti düşmən tərəfində qalıb. Ermənilər müxtəlif bəhanələrlə hərbçimizin meyitini hələ də qaytarmaqdan imtina edirlər.

Milli.Az

2010/07/18

Hamı Mübariz olsun.....

“Mübariz” sözündəki “M” hərfini kiçik yazsaydım, bu, başqa bir anlamda səslənərdi, böyük yazdımsa, deməli, “Mübariz” insan adına işarədir. Özü də elə bir insan adına ki, indi Azərbaycanın hər yerində hamı ondan danışır. Elə biz də. Xatırladaq ki, Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrilə gedən qanlı döyüşdə 4 erməni əsgərini məhv edən və elə o sayda da yaralayan Mübariz İbrahimov indi gənclərimizə örnəkdir. Deməli, o, bir gün öncə yazdığı məktubun mətninə görə döyüşəcəyini bilirmiş və elə bu baxımdan da valideynlərindən xeyir-dua alıb və deyib ki, şəhid olanadək erməni şərəfsizlərinin üzərinə gedəcək. Getdi və şəhid oldu. Özü də bunu çox istəyirmiş və “Şəhid olsam – ağlamayın” sözlərini yazmaqla sanki Azərbyacan xalqına bir təskinlik verib. O hadisədən bir təskinlik tapdıqmı? Şəxsən, mən yox. Heyf ki, belə qəhrəman oğullarımız Xankəndinə, Şuşaya ayaqları dəymədən bu dünyadan gedir. İstərdim ki, bu gün hamı 22 yaşlı Mübariz kimi olsun, ancaq onun kimi səngərdə ölməsin. Ölən düşmən olsun, biz isə qalib olan tərəf. Bir az pafoslu səslənsə də mən belə istəyirəm, neyləyim axı, erməni xislətindən yazmaqdan daha bezmişəm. İstəyirəm ki, yaşayışımızda hər şey öz axarıyla getsin və mən sevimli işim olan diaspor işində xalqıma yeni töhvələrimi verəm. “Mübariz” söhbətini bitirib diaspor söhbətinə niyə keçirəm? Ona görə ki, yeni olacaq döyüşlərdə yeni mübarizlər olmaq üçün hər şey bizim əlimizdə deyil. Bunun üçün sadəcə olaraq müharibə etmək lazımdır. Ona da inanın ki, bir vətəndaş kimi bunu hər an gözləyirəm. Diaspor işinin də uğurla sona çatdırılması elə müharibə etmək kimi bir şeydir, çünki açıq etiraf edək ki, hələlik bu diaspor işində erməni, yəhudu, yunan diasporlarına çox uduzuruq. Düzdür, bizim xarici ölkələrin hər yerində mütəşəkkil diaspor təşkilatlarımız fəaliyyət göstərməkdədir. Ancaq bütün bunların sonunda lobbiçilyə doğru uğurlu addım ata bilmirik. Hə, yadımdan çıxmışdı, dünən Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının ildönümü idi. Təkcə Komitənin özündə işləyənləri deyil, bütün dünyaya səpələnmiş soydaşlarımızı bu tarixi gün münasibətilə təbrik edirəm. Düzdür, Komitənin özündə bir az məndən inciyiblər. Ona da əsas səbəb kimi “2009-cu il Eurovision mahnı müsabiqəsi”ndə xarici diaspor təşkilatlarından yetərincə səs almadıqlarımıza görə Komitəni bir az tənqid eləmişdim. Ancaq sonradan gördüm ki, o müsabiqə siyasi oyunbazlığa çevrildiyindən bizim xaricdə yaşayan həmyerlilərimizdən çox şey gözləmək əbəs imiş. Elə bu il belə oldu. Çox böyük ümidlər bəslədiyimiz ölkələrdən Azərbaycana yaxşı səs vermədilər. Və nəticədə heç 2009-cu ilin nailliyyətini də təkrarlaya bilmədik və yuvarlanıb 5-ə düşdük. Buna heyfsənlənmədiK, çünki hər iki ildə də dalbadal erməniləri qabaqlamışdıq. Bax, diaspor işində də belə istəyirik. Ermənilərdən bir addım qabaqda olmaq.Ancaq yenə də etiraf edək ki, hələlik lobbiçiliyə doğru atılan addımlarda erməniləri üstələyə bilmirik. Bunun səbəbini nədə axtarmaq lazımdır? Bir az çətin və siyasi sual olduğundan onun üstündən Xəzri küləyi kimi sakitcə keçib köşəmizi davam etdirək. Və elə bu an Azərbaycanda fəaliyyət göstərən elektron kütləvi informasiya vasitələrinin başqanlarına bir sualla müraciət etmək istərdim. Nəyə görə onlar öz televiziyalarında diaspor verilişlərinə yer ayırmırlar? Niyə? Başqa zaman da diasporun işindən narazıçılıq edirlər. Əgər bir erməni Uzaq Sibirdə iş qurub özünə ad-san qazanırsa və bunu Ermənitan televizyası gəlib lentə alırsa, niyə biz öz soydaşlarımızın gördükləri işləri camaatımıza demirik, bunu nədən və kimdən gizlədirik. Əksinə biz hər an, hər saniyə onlara dəstək olmalıyıq ki, onlar öz potensialından istifadə edərək yerli icraedici və qanunverici orqanlara namizədliklərini irəli sürsünlər, qalib olub məslislərdə Azərbaycanın adını göylərə qaldırsınlar, Azərbaycan həqiqətlərini təmsil olunduqları partiyalarda, iştirak etdikləri sammit və tədbirlərdə üzə çıxartsınlar. Mübarizlik deməli, təkcə döyüşdə deyil, elə dinc həyatda da bizə lazımdır. Bunun üçünsə mübariz olmaq üçün insanlarımıza dayaq durmaq lazımdır. Bax, əsil mübarizə də onda olacaq…

Babək Göyüş. mənbə: canaz.tv

2010/07/13

Gözəllik ondur, doqquzu “donsuzluq”dur…

Atalar yaxşı deyiblər, gözəllik ondur, doqquzu dondur. Amma bu gün çoxları üçün gözəllik donda yox, “donsuzluq”dadır. Nəticədə ortaya çıxır ki, “insan donsuz daha gözəl”dir. Bu “fərziyyə”ni can-başla isbat etməyə çalışanları istər şou-biznesli mavi ekranlarda, istərsə də yarım saatlığına şəhərə çıxanda görməmək mümkün deyil. Amma mən yenə də bu dırnaqarası fərziyyənin analizini bacaranların öhdəsinə buraxıram....

Geyimlər bizim üst örtümüzdür. Ancaq buna baxmayaraq, o bizlərin daxilindən, iç dünyasından xəbər verir. Hər nə qədər inkar etsək də, hər birimiz qarşımızdakı insanları ilk görüşdə geyiminə görə dəyərləndiririk. Dilində çoxları qınasa da bu fikri, mən nə dilimdə, nə içimdə qınamıram bu cür düşünənləri. Məsələn, 30 sm-lik ətək və ya sapları bir-birinə nazik tellərlə bağlanan bir geyim geyinən xanımın əxlaqına, ağlına şübhə etməmək əldə deyil.Başqa bir misal, yanında qoluna taxdığı xanımdan daha “xanımvari” geyinən bir bəy haqqında kiminsə yaxşı fikirdə ola bilməsi elə o insanın özü haqqında məni düşündürməyə vadar edər. Təbii, bunları “müasirlik”, özləri demişkən “modernlik” adlandıranlar var. Amma düşünürəm ki, bəlkə də belələrini də qınamaq lazım deyil. Çünki onlarçün müasirlik lüt-üryan gəzib dolaşmaqda, özlərini dırnaqarası gözəllik kumirlərinə bənzətməkdədir. Hətta bugün yaxşı bir söz dəb halına düşüb: “Gözəllik qurban tələb edir.” Bəli, ola bilər, gözəllik üçün nədəsə fədakarlıq edəsən, amma ta dırnaqarası gözəl görünmək üçün mədəniyyətindən, əxlaqından vaz keçmək...inciməyin, deyəcəm, bu ancaq “əxlaqçı”lar üçün keçərlidir...

Əslində bugünkü gəncləri də qınamaq olmaz. Əgər ana 3-4-cü sinifdə oxuyan uşağıynan televiziya qarşısında oturub “semiçka” çırtlayaraq teleseriallara baxırsa, hətta oradakı aktyor və aktrisaların geyimlərini matax bir şey kimi dəyərləndirirsə, o uşağın gələcəkdə sahib olacağı geyim mədəniyyətinə şübhə ilə yanaşmaq olar.Və ya bu günkü şou-biznesdəki “şpaklyovkalı”ların geyimlərini özünə dəb seçən ananın övladlarından hansı geyim əxlaqını gözləmək olar, deyə bilərsiniz? Hətta daha da irəli gedib başqa bir misal çəkim, qızını altdan-üstdən metrəlik parçalara bürüyən atanın televiziya qarşısında oturub aygünkimilər fəsiləsindən olanlara ağızsuyu axıtması övladın gələcək əxlaqçı geyim mədəniyyətindən xəbər vermirmi.....??? Bu misalları istədiyiniz qədər uzada bilərəm. Amma uzatdıqca sözün əsl mənasında qəlbim ağrıyır. Axı bu gün dırnaqarası baxdığımız geyim mədəniyyətini belə barbarcasına itirməklə özümüzü itiririk, BİZ olmaqdan çıxırıq...Bunu isə nə yazıq ki, anlayan çox az. Ona gorə də:

Mavi ekranlara baxıb “müasirləşirik”,
Şəhərdəki donsuzlara baxıb özgələşirik...

QEYD: Ey böyük Millətim, özünə qayıt! Yetər artıq bu qədər özgələşdiyin. Sən özünə qayıdanda böyük olursan. Heç olmasa, o böyüklüyün xətiri üçün özlüyünə dön!!!

Nermin Memmedli

2010/07/12

Dünyanın en güclüsü - İSPANİYA.

Cenubi Afrikada baş tutan 1 aylıq marafon – “19-cu Dünya Çempionatı“ marafonu sona çatdı. Bu marafonun en güclüsü ise tarixinde ilk defe İspaniya millisi oldu. Eslinde İspaniyanın axırıncı Avropa çempionu titullu olması bu millinin çempionatın favoritleri arasında gösterilmesine delalet edirdi. 

Marafonun qisaca tarixçesini xatırlayaq:

Çempionat ispanlar üçün heç de yaxşı başlamamışdı. Qrupdakı ilk matçında İsveçreye 0-1 meğlub olması matadorlara olan ümidi azaltmışdı. Amma İspaniya son Avropa çempionu olmasının tesadüfü olmadığını bir daha sübut etdi. Qrupdakı diger matçlarda Honduras ve Çilini müvafiq olaraq 2-0 ve 2-1 meğlub eden İspanlar 1/8 final merhelesine yükseldi. Bu merhelede ise qapısında qol görmeyen Ronaldolu Portuqalları 1-0 meğlub etdiler. Belelikle İspaniya dünyanın 8 en güclü kollektivi arasındaydı. 1/4 finalda çempionatının surprizi Paraquvay millisini çetinlikle 1-0 meğlub eden matadorlar 1/2 finalda çox güclü bir komanda ile - son Dünya çempionatının 3.cüsü - Almanlarla üzleşmişdi. Avstraliya, İngiltere ve Argentina matçlarında çox ela işleyen alman qol maşını matadorlar qarşısında durğunluq keçirdi. 1-0 ve İspaniya artıq finalda idi. Finalda ise reqib bu çempionatda hele ki, meğlubiyyet üzü görmeyen iki komandadan biri olan, Braziliya millisini mübarizeden kenarlaşdıran “ Portağallar “ kimi tanınan Hollandiya komandası idi. Her iki komanda da tarixinde ilk defe çempion olmaq üçün maydançaya çıxmışdı. Meşhur 92 minlik “Soccer City“ stadionunda baş tutan tarixi finalda xoş sona İspanlar çatdı. Matçın uzatma deqiqelerinde Barselonalı İniestanın vurduğu qol İspanlara tarixinde ilk defe dünya çempionluğunu getirdi. Portağallar ise tarixlerinde 3.cü defe yaxın olduğu bu çempionluğu yene finalda meğlub olmaqla taxire salmış oldu.

Finaldan sonra ise çempionatın resmi bağlanış merasimi keçirilib.

2010/07/11

Serblerin 8 min Bosniya müselmanını qırdığı SREBRENİTSA qetliamından 15 il ötür.

Bundan 15 yıl önce Avrupa’nın ortasında bir katliam yaşandı; Srebrenitza katliamı...

Bosna savaşı sırasında Sırp askerleri, sekiz bin dolayında masum Bosnalı Müslümanı katletti. Srebrenitza, Avrupa’da İkinci Dünya Savaşı’ndan sonra yaşanan en büyük katliama sahne oldu.

11 Temmuz, katliamın 15’inci yıldönümü, ancak geçen zamana rağmen, yakınlarını kaybeden ailelerin acısı hala taze... 
Hafızalardan silinmeyecek katliamda öldürülen binlerce Bosnalı Müslümanın kalıntıları ise ya hala aranıyor, ya da kimlik tespiti için DNA testinin yapılması bekleniyor.

"Srebrenitza" Güvenli İlan Edilen Bölgeler Arasındaydı

Tarih, 11 Temmuz 1995. Bosna Savaşı’nın üçüncü yılı... 
Srebrenitza, savaş sırasında "Birleşmiş Milletler Güvenli Bölgesi" ilan edilen altı yerden biriydi.

Birleşmiş Milletler gücünün konuşlandığı Srebrenitza, Sırp komutan Ratko Miladic öncülüğündeki Sırp askerleri tarafından kuşatıldı. Daha sonra Birleşmiş Milletler gücünde görev yapan Hollandalı askerlerin nöbet noktalarına saldırı düzenlendi ve 30 dolayında asker rehin alındı.

Bombardımana başlayan ve geri çekilmeleri şeklindeki uyarılara aldırmayan Sırp güçleri, 20. yüzyılın sonunda, Avrupa’nın ortasında, dünyanın gözü önünde katliam gerçekleştirdi. 
Hedefde Erkekler ve Erkek Çocuklar Vardı
Sırp askerlerin Srebrenitza’ya girmesinin ardından 30 bin dolayında Bosnalı Müslüman otobüslerle bölgeyi terketti.

Otobüslere bindirilerek gönderilenlerin çoğunun kadın, çocuk ve yaşlılar olduğu dikkatten kaçmadı. Yani, katliamda Sırpların hedefinde Bosnalı erkekler ve erkek çocuklar vardı. 
Sırp askerler, ailelerinden koparılan sekiz bin dolayında Bosnalı Sırp’ı gözlerini kırpmadan öldürdü. Kimi kaçmaya çalışırken katledildi, kimi kurşuna dizildi... Masum siviller, öldürüldükten sonra toplu mezarlara gömüldü..

Katliamın üzerinden 15 yıl geçmesine rağmen, bölgede hala toplu mezarlar ortaya çıkarılıyor. Kimlik tespiti yapılanların kalıntıları, her yıl 11 Temmuz’da Srebrenitza’nın kuzeyindeki Potocari’ye defnediliyor. Bu yılki tören için 775 mezar kazılmış durumda.

Katliamın Sorumlularına Gelince

Savaş sırasında Binlerce Müslümanın ölümünden sorumlu tutulan Sırp lider Radovan Karaciç, Lahey’de Birleşmiş Milletler savaş suçları mahkemesinde yargılananlar arasında.

İnsanlığa karşı suç işleme ve soykırımla suçlanan Karaciç, bunların tümünü reddediyor.

Soykırımla suçlanan Ratko Miladiç ise hala aranıyor.

2010/07/09

Qarabağ seferden zeferle dönür.

İyulun 1-i Bakıda Tofiq Behramov adına Respublika stadionunda Makedoniya temsilçisi Metallurg üzerinde 4-1 hesablı möhteşem qelebe qazanan Qarabağ 1 hefteden sonra nehayet ki, seferde cavab oyununa çıxmışdı. Bu oyunda Metallurq növbeti - ikinci merheleye yukselmek üçün temsilçimizin qapısından ne az, ne çox 3 cavabsız top keçirmeliydi. Qarabağın  da bu matça itkilerle çıxması buna esas verirdi. Hetta oyundan qabaq metbuat konfransında reqibin futbolçusu Mile Kristev  "Qarabağı 3-0 meglub edeceyimize inanıram, İkinci Filip stadionunda tarix yazacagıq" kimi ifadeyle futbolçularımızı qıcıqlandırmışdı. Buna en gözel cavabı Qarabağ meydançada oyunu ile vermeliydi. Belelikle matç baş tutdu. Oyunun 67-ci deqiqesinde Emin İmameliyevin vurdugu qol, Metallurgu,  özellikle de  Mile Kristevi boş xülyalardan el çekmeye sövq etdi. Makedoniya temsilçisinin bütün arzuları puç oldu. Bundan sonra Qarabağa artiq 5 cavabsız top vurmalıydılar. Bu da sadece olaraq fantastika olardı. Sonrakı deqiqelerde reqib Qarabağın qapısından 1 top keçirmeye nail oldu ki, bu da formal xarakter daşıyırdı.  Matç ele bu hesabla 1-1 başa çatdı. İki oyunun neticesine göre Qarabağ UEFA Avropa liqasının ikinci merhelesine yükseldi. Bu merhelede  temsilçimizi nisbeten zeif reqib gözleyir. Bu Şimali İrlandiyadan Portodaun klubudu. İkinci merhelenin Portodaun - Qarabağ oyunu 15 iyulda seferde baş tutacaq. Cavab oyunu ise bir hefte sonra Bakıda keçirilecek.

Zeferlerinin ardı gelsin, QARABAĞ.


Perviz Hesenli


2010/07/05

Maradona: «Ele bil Muhemmed Eli zerbe endirib ve men de nokauta düşmüşem»

Argentina millisinin baş meşqçisi Dieqo Maradona dünya çempionatının 1/4 finalında Almaniya 0:4 hesablı meğlubiyyete baxmayaraq, komandasının futbolçuları ile fexr etdiyini beyan edib. Qol.Az-ın melumatına göre, oyundan sonra keçirilen metbuat konfransında Maradona argentinalı futbolçuların Almaniya da oyun daxil olmaqla mundialın bütün matçlarında bütün güclerini ortaya qoyduqlarını bildirib: «Bu gün Almaniya topa daxa yaxşı nezaret etdi ve müasir futbol nümayiş etdirdi. Bizim futbolçular ise ferdi ustalıqlarına bel bağlayırdı. Men bu gün özümü çox meyus hiss edirem. Ele bil Mehemmed Eli gözel zerbe endirib ve men de nokauta düşmüşem. Bu meğlubiyyete baxmayaraq, bizim vetenin şerefini qoruyan 23 futbolçunun hamısıyla fexr edirem».

2010/06/16

Türkiyeli sonuncu imam Azerbaycanı terk etdi .

İbrahim Memiş dünen ölkesine yola düşüb.
Azerbaycandakı mescidlerde fealiyyet gösteren türkiyeli imamlardan sonuncusu - Bakıdakı “İlahiyyat fakültesi” mescidinin imamı İbrahim Memiş ölkeni birdefelik terk edib.

İbrahim Memiş Lent.az-a açıqlamasında Azerbaycandakı selahiyyet müddetinin hele aprel ayında bitdiyini deyib. O, iyunun 15-de Türkiyeye yola düşüb.

İbrahim Memiş Türkiyeye getmezden evvel Lent.az-a müsahibe verib. Onun ilginc şok açıqlamalarla dolu geniş müsahibesini tezlikle izleyeceksiniz...

Xatırladaq ki, türkiyeli imam İbrahim Memişin mescidin yaxınlığında evi de olub. Onun evi keçen il “buradan yol çekilecek” adıyla sökülüb. “İlahiyyat fakültesi” mescidi BDU-nun “Telebe şeherciyi”nde yerleşir.


İstinad: lent.az

2010/06/11

DÜNYA ÇEMPİONATI. CENUBİ AFRİKA 2010

11 iyun, "A" qrupu, CAR – Meksika - 19:00, Uruqvay – Fransa - 23:30
12 iyun, "B" qrupu, Argentina – Nigeriya - 19:00, Cenubi Koreya – Yunanıstan - 16:30, "C" qrupu, İngiltere - ABŞ - 23:30

13 iyun, "B" qrupu, Elcezair – Sloveniya - 16:30, "D" qrupu Serbiya – Qana - 19:00, Almaniya – Avstraliya - 23:30

14 iyun, "E" qrupa, Hollandiya – Danimarka - 16:30, Yaponiya – Kamerun - 19:00, "F" qrupu, İtaliya – Paraqvay - 23:301

5 iyun, "F" qrupu, Yeni Zelandiya – Slovakiya - 16:30, "G" qrupu, Fil Dişi Sahili – Portuqaliya - 19:00, Braziliya – Şimali Koreya - 23:30

16 iyun, "H" qrupu, Honduras – Çili - 16:30, İspaniya – İsveçre - 19:00, "A" qrupu, CAR – Uruqvay - 23:30

17 iyun, "B" qrupu, Argentina – Cenubi Koreya - 16:30, Yunanıstan – Nigeriya - 19:00, "A" qrupu, Fransa – Meksika - 23:30

18 iyun, "D" qrupu, Almaniya – Serbiya - 16:30, "C" qrupu, Sloveniya – ABŞ - 19:00, İngiltere - elcezair - 23:30

19 iyun, "E" qrupu, Hollandiya – Yaponiya -16:30, "D" qrupu, Qana – Avstraliya - 19:00, "E" qrupu Kamerun – Danimarka - 23:30

20 iyun, "F" qrupu, Slovakiya – Paraqvay - 16:30, İtaliya – Yeni Zelandiya - 19:00, "G" qrupu, Braziliya – Fil Dişi Sahili - 23:30

21 iyun, "G" qrupu, Portuqaliya – Şimali Koreya - 16:30, "H" qrupu, Çili – İsveçre - 19:00, İspaniya – Honduras - 23:30

22 iyun, "A" qrupu, Meksika – Uruqvay - 18:00, Fransa – CAR - 18:00, "B" qrupu, Nigeriya – Cənubi Koreya 23:30, Yunanıstan – Argentina - 23:30

23 iyun, "C" qrupu, Sloveniya – İngiltere - 18:00, ABŞ – Elcezair - 18:00, "D" qrupu, Qana – Almaniya - 23:30, Avstraliya – Serbiya - 23:30

24 iyun, "F" qrupu, Paraqvay – Yeni Zelandiya - 18:00, Slovakiya – İtaliya - 18:00, "E" qrupu, Danimarka – Yaponiya - 23:30, Kamerun – Hollandiya - 23:30

25 iyun, "G" qrupu, Portuqaliya – Braziliya - 19:00, Şimali Koreya – Fil Dişi Sahili - 19:00, "H" qrupu, Çili – İspaniya - 23:30, İsveçre - Honduras - 23:30,

26 iyun, 1/8 final, A1 – B2 - 19:00, 1/8 final, C1 – D2 - 23:30,

27 iyun, 1/8 final, D1 – C2 - 19:00, 1/8 final, B1 – A2 - 23:30,

28 iyun, 1/8 final, E1 – F2 - 19:00, 1/8 final, G1 - H2 - 23:30,

29 iyun, 1/8 final, F1-E2 - 19:00, 1/8 final, H1 - G2 - 23:30, 2 iyul,

1/4 final - 19:00, ¼ final - 23:30,

3 iyul, ¼ final - 19:00, ¼ final - 23:30,

6 iyul, ½ final - 23:30,

7 iyul, ½ -23:30,

10 iyul, 3-cü yer uğrunda qarşılaşma - 23:30,

11 iyul, final 23:30.

2010/06/02

Zori Balayanın tükürperdici etirafı.......

"Böyük Ermenistan" ideyasının esas ideoloqlarından biri olan Zori Balayanın Xocalı soyqırımından birbaşa iştirakını testiqleyen faktlar mövcuddur. Zori Balayan 1996-cı ilde neşr olunan "Ruhumuzun canlanması" adlı eserinde Xocalı soyqırımına haqq qazandirib ve bu seherde Azerbaycanlılara qarşı soyqirim heyata kecirildiyini fexrle etiraf edib"

Biz Xaçafurla ele keçirdiyimiz evı girerken esgerlerimiz 13 yaşlı bir türk uşağını pencereye mismarlamışdılar. Türk usağı çox ses-küy salmasın deye, Xaçatur usağın anasının kesilmiş dösünü onun ağzına soxdu. Daha sonra bu usağın basından, sinesinden ve qarnından derisini soydum.Saata baxdım, türk usağı 7 deqiqe sonra qan itirerek dunyasını deyişdi. Ruhum xalqımın bir faizinin bele qisasını aldığı üçün sevincden qürürlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cesedini hisse-hisse doğradı ve bu şeyi daha 3 türk usağına etdik. Men bir ermeni vetensever kimi oz vezifemi yerine yedirdim."

Xocalıda ermenilerin Azerbaycanlilara qarşı heyata keçirdiyi soyqirim faktlarını eserinde sadaıayan Zori Balayan her bir ermeninin bu hereketden fexr duymalı olduğunu deyib.Xocalıda ermenilerin soyqirimi gerçeklşdirdyini, insanliğa qarşı cinayet işletdiklerini tesdiqleyen bu fikirler Zori Balayanın 1996-cı ilde derc olunmuş "Ruhumuzun canlanması" adlı kitabının 260-262-ci sehifelerinde öz eksini tapıb

2010/05/31

28 MAY CUMHİRİYYET BAYRAMI İLE ELAQEDER KONSERT KEÇİRİLİB.

Bu günlerde Dünya Azerbaycanlılar Konqresi Gencler Teşkilatının teşkilatçılığı ile 28 May Respublika gününe hesr olunmuş Konsert keçirildi. Konsert Reşid Behbudov adına Mahnı teatrında teşkil olunmuşdu. Konsertin keçirilmesinde meqsed milletçi ruhun daşıyıcısı, son nefesini bele düşünmeden Veten, Millet uğrunda savaşmaq ezmine sahib, sözde deyil, emelinde bozqurd olan Azerbaycan Türk genclerini bir araya toplayaraq 28 may Cümhuriyyetin qurulması ildönümünü qeyd etmek idi.Konserte 250 neferden çox iştirakçı qatılmışdı. Tedbire teşkilatlar seviyyesinde de destek verilirdi. Bele ki, konsertdeki qonaqlar Dünya Azerbaycanlıları Konqresi İdare Heyeti, DAK Qadınlar Şurası , “Yeddi Dövlet – Bir Millet” Kültür ve Dayanışma Derneyi ve diger teşkilatlar seviyyesinde temsil olunurdular. Önemli meqamlardan biri de cemiyyetde tanınmış ziyalıların konserte qatılması idi. Bakı Dövlet Universitetinin professor-müellim heyetinden Almaz Eliqızı, Nüşabe Sadıxlı, Fikret Elizade, Atamoğlan Memmedli, politoloq Taleh Eliyev ve s. bu kimi deyerli şexslerin iştirakı konserte reng qatdı.Konsertin esas teşkilatçısı her zaman gördüyü işlerle milletçi gencler arasında özünemexsus yeri olan Dünya Azerbaycanlıları Konqresi Gencler Teşkilatının sedri ve “Yeni Nefes+” qezetinin qurucusu ve başqanı Seymur Hesenli idi. Onunla yanaşı milletçi genclerden olan Hüseyn Güneşli, Nermin Memmedli, Zümrüd Rzazade, Dilşad Semedli, Ülker Sanılı, Mehman Hesen, Orxan Elirzayev, Sebuhi Turançı, Cavid Mövsümlü, Elşen Edilli, Çingiz Qeribov, Efqan Hesenov, Senan Qaraca, Roman Hüseynzade, Fuad Musabeyli, İsmayıl Qulusoy ve diger gencler, hemçinin DAK Metbuat Xidmetinin rehberi Elirza Amanbeyli tedbirin erseye gelmesinde yaxından iştirak etdiler.Konserti giriş sözü ile açan DAK Gencler Teşkilatı İdare Heyeti üzvü genc şair Elşad Erşadoğlu qonaqları salamladıqdan sonra sözü Seymur Hesenliye verdi. Seymur bey tedbir iştirakçılarını bayram münasibeti ile tebrik ederek konsertin teşkil olunmasında meqsedi açıqladı. Daha sonra son 100 ilde Azerbaycanın tarixinde mühüm rol oynamış şexsiyyetler haqqında melumat vererek “Memmed Emin Resulzade Azerbaycan demekdir, ne qeder ki Azerbaycan var, Memmed min Resulzade de o qeder var olacaq” deye bildirdi. Töreni milletçi senetçilerden Şemistan Elizamanlı, Elirza Amanbeyli, Zahide Memmedsalahova, Süleyman Zeynalov, Yaqut Qarabağlı, Mahire Şirinova, Aybeniz Çelebi, Kemale Qurbanova, Aliye reqs qrupu, Savalan qrupu, İstiqlal rep qrupu, ve digerleri öz musiqi parçaları, bedii qiraetçi Meleyke Memmedova, şair Server Mesum, DAK Gencler Teşkilatı üzvü Cavid Mövsümlü ise şeirleri ile rövneqlendirdiler. Konsertin keçirildiyi salon tamamile Azerbaycan ve üzerinde bozqurd resmi eks edilmiş bayraqlarla bezenmişdi.
Bu konsertin bir özelliyi de bu oldu ki, Azerbaycanda ilk defe mehz burada 250 neferin iştirakı ile MİLLİ AND içildi. Bu ise tedbir iştirakçılarını daha da coşdurdu.Tedbirde Memmed Emin Resulzadenin 1953-cü ilde Amerkanın ssi radiosu ile çıxışı, Güney Azerbaycanın futbol komandası Tirextur ve hazırda inkişaf eden Azerbaycan ordusu haqqında video rolikler yayımlandı.Konsertde Gunaz Tv ve müxtelif metbuat nümayendeleri iştirak edirdi.

Nermin Memmedli

İstinad : www.yeninefes.net

2010/05/17

VASÎF TALIBOV "COLGATE"I "SOLDATE" KIMI OXUDU :))

Naxçivan "xani" Vasif Talibov növbeti defe bütün Muxtar Respublikani özüne güldürüb.Demeli, Vasif Talibova melumat verilir ki, Naxçivanin magazalarinda orduya ayrilan erzaq mallari ve geyimler satilir. "Xan" eshabelerini çagiraraq onlari mehwer ayagina çekir ki, bu ne meseledir. Eshabeleri and-aman edir ki, Naxçivanda heç bir magazada bu hala rast gelinmeyib. Vasif Talibov inanmir ve özü magazalari gezmek qerarina gelir. Eshabelerini de bawina yigaraq "monitorinqe" bawlayir. Magazalardan birine daxil olan Vasif Talibov satilan mallara diqqetle göz gezdirir ve birden bomba kimi partlayaraq eshabelerine diwinin dibinden çixani deyir. Eshabeleri çawqin veziyyetde "xan"in üzüne baxaraq ne üçün danlandiqlarini bilmek isteyirler. Vasif Talibov da elini "Colgate" diw mecununa uzadaraq deyir: "Deyirsiniz, herbi mallar satilmir, bes bu nedir?! "Soldatlar" üçün nezerde tutulan "zubnoy pastan"i satirlar". Eshabeler yene heçne anlamir. Düwünürler ki, axi "Colgate" tekce esgerler üçün nezerde tutulmayib. Eshabelerinin gözlerini döymeleri Vasif Talibovu daha da esebilewdirir. "Xan" yene elini diw mecnuna uzadaraq deyir: "Görmürsüz, bunun üstünde "Soldate" yazilib, yeni soldatlar üçündü bu". Nehayet, eshabelerine aydin olur ki, Vasif müellim mecunun adini kiril elifbasi ile oxuyub ve belelikle de "Colgate" dönüb "Soldate".Eshabeleri çöle çixanda Vasif Talibova birteher izah edibler ki, diw mecunun üstünde "Colgate" yazilib. "Xan" qizarib-bozarsa da, iw-iwden keçib. Vasie Talibovun bu "kewfi" bütün Naxçivana yayilib.Bundan evvel ise "xan" cixiw ederken XX esri "iks-iks esr" kimi oxumuwdu. :-D

İstinad : Azadliq qezeti

2010/04/18

ERMENİ ESİRLİYİNDEKİ BACIDAN MEKTUB


"Miss Azerbaycan-2010"un menyusuna


Salam, eziz qardaşım. Yeqin ki. meni tanımadın? Yeqin ki, menim sesimi, sifetim cizgilerini unutmusan? Yadindadırmı, nedense qorxanda sene sıgınırdım? Yadındadırmı anam meni mektebe sensiz qoymazdı? Sense menim çantamı götürer, hetta yorulanda qucagına alardın. Bes ev tapşırıqlarına nece kömek etdiyin yadındadırmı? Çox zeif ve cansız oldugumdan tez yorulardım. Sense anadan gizlince menim ev tapşırıqlarımı yazardın.
Yadındadır qonşunun oglu? Atanın aldıgı yaylıgı elimden alıb qaçmışdı, az qala onu öldürecekdin. Yazıq uşagı nene elinden gucle aldı ve seni möhkem danladı. Yadındadırmı, ata hemişe bizi sene tapşırardı? Deyerdi ki, men evede olmayanda evin kişisi sensen. Onda sen yere-göye sıgmırdın, anam ve hetta qoca nenem senden çekimerdi.
Yadındadırmı, böyük bacımıza elçi gelende nece hiddetlenmişdin? Deyirdin ki, men bacımı heç kese veren deyilem.
Tanıdın, deyesen, meni! Tanıdınmı, öz körpe mesum bacını? Tanıdınmı atamızın sevgi ile beslenen emanetini? Tanıdınmı nevazişden gülümseyen, şıltaqlıq yagan çöhremi?

Niye cavab vermirsen? Niye dillenmirsen? Olmaya, çox deyişmişem? Niye üzünü menden gizledirsen? Meni sevmediyini, meni unutdugunu düşüne bilmirem. Tanıdı gözlerin, tanıdı esirlikde olan bacını? Tanıdın, 17 il bundan evvel ayrıldıgın bacını?
Yadındadırmı, şehid anamın qolları arasınadan meni qoparanda nece qışqırırdım, nece nale çekirdim? Ürkek baxışlarımıa ermeni vehşilerinin ele hey sifetlerine baxıb çırpınırdım.
Düz 17 ildir men bele çırpınıram, düz 17 ildir men bele nale çekirem, düz 17 ildir men kömeksizem, düz 17 ildir saçlarımdan sürüklenirem.

Tesevvür edirsenmi, körpe quzunu dövreye alan canavar sürüsünü? Tesevvür edirsenmi onların köpüklenen agzını, agaran yırtıcı dişlerini, qan örtmüş qırmızı gözlerini?
Düz 17 ildir bu sürünün pencesi altındayam. Burda yaylıq lazım olmasa da her gün atamın men yaylıq alıb geleceyini gözleyirem. Qardaş, qurban olum, hirslenme, yaylıgı öz isteyimle çıxarmamışam. Yaylıgımı esir götürülen günden çıxarıblar.

Yeqin ki, menim tay-tuşlarımın çoxu ali tehsil alıb işleyirler. Her halda aile quranları da az olmaz. Bu 17 il sizde tez gelib keçer, mence. Yeqin ki, her gün daha çox, daha yaxşı yaşamaq barede düşünürsüz. Amma biz! Biz bu 17 ildir her gün, her saat ruhen, ya cismen ölürük.

Fikirleşme ki, biz naümidik. Yox-yox ele deyil, biz de yaşamaq isteyirik! Ancaq bir gün, bir an, bir göz qırpımı. Çox teşnesiyik bele yaşamagın. Teeccüblenme! Bu yaşamaq Allah qovuşmaqdır, cismen ölmekdir.

Az qala yadımdan çıxmışdı: buralarda söz-söhbet gezir ki, Vetende gözellik müsabiqesi keçirecekler? Buradaki esir Azerbaycan qadınlarına bir neçe teşkilatdan teklifler gelmişdi. Şertler ise bele idi: yarışmaya yarıçılpaq qoşulmalı. O zaman qalib gelmiş esir qadın azad buraxılır. Hemd olsun Allaha ki, buna heç bir müselman azeri xanımı razı olmadı.
Biz çox yaxşi derk edirik ki, son dönüş yerimiz Allah dergahıdır. Qiyamet günü yaradana ne cavab vererik?! allah iradevi günah edenleri cehennem sakinlerinden qerar verer. İradevi günah edenleri xanım Fatimeden, xanım Zeynebden uzaq salar - teeccüblenme bütün bunları bize başa salan, öyreden esir analarımız var.

Ele bu sebebden müveqqeti seadeti ebedi seadete deyişmeliyik. Fikirleşdik ki, düşmenin iyrenc tehqirine, zülmüne dözmek olar. Allahın danlagına, cezasına ise yox. Biz özümüzden çox sizden nigaranıq. Bilirsen, burda düşmen aşkardadır. Vetende ise tanınmır. Burada bize bir az qırıntı yedizdirib, sonra zencirleyirler, orada ise siz bol nemetler içerisinde olan azad insanlarsız. amma çalışın ki, düşmen sizi zeherli qidalarla yedizdirib, meneviyyatsızlıq buxovları ile zencirlemesin.
Sehv etmiremse, bednam müsabiqenin keçirilmesine 500 min avro xerclemek isteyirler. Bu meblege belke de 10-15 esir azerbaycanlı qdını xilas etmek olar. Men onların içerisinde olmasam da olar. Çünki men artıq yaşayıram. Çünki cismime edilen zülmü ruhum kenardan seyr edir.
Esir Azerbaycan qadınlarının bir xahişi de var. Eger müsabiqe keçirilse, münsifler heyyetinde bize de yer versinler. Biz orada olsaq da, siz bizi görmeyeceksiniz!.....

Elqızı Qarabaglı

P.S. Hal-hazırda ermeni esirliyinde 400-den çox azerbaycanlı qadını var. Bunlardan 16-sı azyaşlı uşaqlardır.


Bütün hüquqlar qorunur.
İstinad: www.deyerler.org

2010/04/17

Anım merasiminin keçirilmesine qadaga.

Öten il aprelin 30-da Azerbaycan Dövlet Neft Akademiyasında ( ADNA ) baş veren silahlı basqının il dönümüne çox az müddet qalmasına baxmayaraq, Akademiyada bu münasibetle her hansı bir tedbirin keçirilmesinden söhbet bele getmir. Bunu Akademiyada rastlaşdıgımız müellim ve telebeler arasında keçirdiyimiz sorgu da gösterir.
Akademiyaya kenar şexsler buraxılmadıgından biz de içeri daxil ola bilmedik. Amma muhafizeçi bize bildirdi ki, helak olanların xatiresine hazırlanmış guşe artıq yıgışdırılıb.

ANIM MERASİMİNİN KEÇİRİLMESİNE QADAGA

Helak olanların xatiresini öz teşebbüsleri ile anmaqda israrlı olan telebeler ise deyirler ki, Akademiyada rehberlik anım merasiminin keçirilmesine müxtelif yollarla mane olmaga çalışır.
- Bezi adamlar bu meseleni siyasileşdirir. Bizim hemen gün keçireceyimiz tedbir heç bir siyasi aksiya ve ya miting deyil. Biz ellerimizde gül desteleriyle, şamlar yandıraraq 30 aprelde helak olanları anacagıq. Hetta biz teklif edirik ki, ellerimizde " Ses salan bizden deyil " şüarları yazılan plakatlar tutaq. Bizim meqsedimiz helak olanların anımını keçirmekdir, başqa meqsedimiz yoxdur.

Akademiyada terrorla baglı her hansı tedbirin keçirilmesi meselesi yoxdur. Öten il anım merasiminde iştirak eden telebeler Akademiyadan xaric olunmasalar da onlara töhmet verildi. Ona göre telebeler maraqlı deyiller bu tedbirde iştirak etmeye. Akademiyada heç ele bil bir evvel terror olmayıb. Heç kim bu barede danışmaq istemir. Görünür susdurublar.

REKTORUN QERARI

Anım merasimini keçirmek isteyenlere mezarlara gedib ziyaret etmek tapşırılıb. Bu yaxınlarda rektorun qerarı oldu ki, kim Akademiyada anım merasiminde iştirak etse qovulacaq.
Rektor özü Almaniyada seferde oldugundan tedris işleri üzre prorektor Zaur Ehmedovla elaqe saxladıq. O telesdiyini esas getirerek bu mövzuda danışmaqdan imtina etrdi.



( Azadlıq radiosu. Müellif hüququ qorunur. )
( Blog temirdedir )