Sayfalar

2010/07/23

Şəhid hərbçimiz Mübariz İbrahimova Milli Qəhrəman adı verildi!

Prezident İlham Əliyev Azərbaycan Ordusunun şəhid əsgəri, gizir Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.

Dövlət başçısı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi barədə də Sərəncam imzalayıb. Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Prezident qərara alır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etməldiir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin iyunun 19-dakı hücumu zamanı Millli Ordumuzun əsgəri, əslən Biləsuvar rayonundan olan Mübariz İbrahimov qəhrəmanlıq göstərərək şəhid olub. Onun meyiti düşmən tərəfində qalıb. Ermənilər müxtəlif bəhanələrlə hərbçimizin meyitini hələ də qaytarmaqdan imtina edirlər.

Milli.Az

2010/07/18

Hamı Mübariz olsun.....

“Mübariz” sözündəki “M” hərfini kiçik yazsaydım, bu, başqa bir anlamda səslənərdi, böyük yazdımsa, deməli, “Mübariz” insan adına işarədir. Özü də elə bir insan adına ki, indi Azərbaycanın hər yerində hamı ondan danışır. Elə biz də. Xatırladaq ki, Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrilə gedən qanlı döyüşdə 4 erməni əsgərini məhv edən və elə o sayda da yaralayan Mübariz İbrahimov indi gənclərimizə örnəkdir. Deməli, o, bir gün öncə yazdığı məktubun mətninə görə döyüşəcəyini bilirmiş və elə bu baxımdan da valideynlərindən xeyir-dua alıb və deyib ki, şəhid olanadək erməni şərəfsizlərinin üzərinə gedəcək. Getdi və şəhid oldu. Özü də bunu çox istəyirmiş və “Şəhid olsam – ağlamayın” sözlərini yazmaqla sanki Azərbyacan xalqına bir təskinlik verib. O hadisədən bir təskinlik tapdıqmı? Şəxsən, mən yox. Heyf ki, belə qəhrəman oğullarımız Xankəndinə, Şuşaya ayaqları dəymədən bu dünyadan gedir. İstərdim ki, bu gün hamı 22 yaşlı Mübariz kimi olsun, ancaq onun kimi səngərdə ölməsin. Ölən düşmən olsun, biz isə qalib olan tərəf. Bir az pafoslu səslənsə də mən belə istəyirəm, neyləyim axı, erməni xislətindən yazmaqdan daha bezmişəm. İstəyirəm ki, yaşayışımızda hər şey öz axarıyla getsin və mən sevimli işim olan diaspor işində xalqıma yeni töhvələrimi verəm. “Mübariz” söhbətini bitirib diaspor söhbətinə niyə keçirəm? Ona görə ki, yeni olacaq döyüşlərdə yeni mübarizlər olmaq üçün hər şey bizim əlimizdə deyil. Bunun üçün sadəcə olaraq müharibə etmək lazımdır. Ona da inanın ki, bir vətəndaş kimi bunu hər an gözləyirəm. Diaspor işinin də uğurla sona çatdırılması elə müharibə etmək kimi bir şeydir, çünki açıq etiraf edək ki, hələlik bu diaspor işində erməni, yəhudu, yunan diasporlarına çox uduzuruq. Düzdür, bizim xarici ölkələrin hər yerində mütəşəkkil diaspor təşkilatlarımız fəaliyyət göstərməkdədir. Ancaq bütün bunların sonunda lobbiçilyə doğru uğurlu addım ata bilmirik. Hə, yadımdan çıxmışdı, dünən Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının ildönümü idi. Təkcə Komitənin özündə işləyənləri deyil, bütün dünyaya səpələnmiş soydaşlarımızı bu tarixi gün münasibətilə təbrik edirəm. Düzdür, Komitənin özündə bir az məndən inciyiblər. Ona da əsas səbəb kimi “2009-cu il Eurovision mahnı müsabiqəsi”ndə xarici diaspor təşkilatlarından yetərincə səs almadıqlarımıza görə Komitəni bir az tənqid eləmişdim. Ancaq sonradan gördüm ki, o müsabiqə siyasi oyunbazlığa çevrildiyindən bizim xaricdə yaşayan həmyerlilərimizdən çox şey gözləmək əbəs imiş. Elə bu il belə oldu. Çox böyük ümidlər bəslədiyimiz ölkələrdən Azərbaycana yaxşı səs vermədilər. Və nəticədə heç 2009-cu ilin nailliyyətini də təkrarlaya bilmədik və yuvarlanıb 5-ə düşdük. Buna heyfsənlənmədiK, çünki hər iki ildə də dalbadal erməniləri qabaqlamışdıq. Bax, diaspor işində də belə istəyirik. Ermənilərdən bir addım qabaqda olmaq.Ancaq yenə də etiraf edək ki, hələlik lobbiçiliyə doğru atılan addımlarda erməniləri üstələyə bilmirik. Bunun səbəbini nədə axtarmaq lazımdır? Bir az çətin və siyasi sual olduğundan onun üstündən Xəzri küləyi kimi sakitcə keçib köşəmizi davam etdirək. Və elə bu an Azərbaycanda fəaliyyət göstərən elektron kütləvi informasiya vasitələrinin başqanlarına bir sualla müraciət etmək istərdim. Nəyə görə onlar öz televiziyalarında diaspor verilişlərinə yer ayırmırlar? Niyə? Başqa zaman da diasporun işindən narazıçılıq edirlər. Əgər bir erməni Uzaq Sibirdə iş qurub özünə ad-san qazanırsa və bunu Ermənitan televizyası gəlib lentə alırsa, niyə biz öz soydaşlarımızın gördükləri işləri camaatımıza demirik, bunu nədən və kimdən gizlədirik. Əksinə biz hər an, hər saniyə onlara dəstək olmalıyıq ki, onlar öz potensialından istifadə edərək yerli icraedici və qanunverici orqanlara namizədliklərini irəli sürsünlər, qalib olub məslislərdə Azərbaycanın adını göylərə qaldırsınlar, Azərbaycan həqiqətlərini təmsil olunduqları partiyalarda, iştirak etdikləri sammit və tədbirlərdə üzə çıxartsınlar. Mübarizlik deməli, təkcə döyüşdə deyil, elə dinc həyatda da bizə lazımdır. Bunun üçünsə mübariz olmaq üçün insanlarımıza dayaq durmaq lazımdır. Bax, əsil mübarizə də onda olacaq…

Babək Göyüş. mənbə: canaz.tv

2010/07/13

Gözəllik ondur, doqquzu “donsuzluq”dur…

Atalar yaxşı deyiblər, gözəllik ondur, doqquzu dondur. Amma bu gün çoxları üçün gözəllik donda yox, “donsuzluq”dadır. Nəticədə ortaya çıxır ki, “insan donsuz daha gözəl”dir. Bu “fərziyyə”ni can-başla isbat etməyə çalışanları istər şou-biznesli mavi ekranlarda, istərsə də yarım saatlığına şəhərə çıxanda görməmək mümkün deyil. Amma mən yenə də bu dırnaqarası fərziyyənin analizini bacaranların öhdəsinə buraxıram....

Geyimlər bizim üst örtümüzdür. Ancaq buna baxmayaraq, o bizlərin daxilindən, iç dünyasından xəbər verir. Hər nə qədər inkar etsək də, hər birimiz qarşımızdakı insanları ilk görüşdə geyiminə görə dəyərləndiririk. Dilində çoxları qınasa da bu fikri, mən nə dilimdə, nə içimdə qınamıram bu cür düşünənləri. Məsələn, 30 sm-lik ətək və ya sapları bir-birinə nazik tellərlə bağlanan bir geyim geyinən xanımın əxlaqına, ağlına şübhə etməmək əldə deyil.Başqa bir misal, yanında qoluna taxdığı xanımdan daha “xanımvari” geyinən bir bəy haqqında kiminsə yaxşı fikirdə ola bilməsi elə o insanın özü haqqında məni düşündürməyə vadar edər. Təbii, bunları “müasirlik”, özləri demişkən “modernlik” adlandıranlar var. Amma düşünürəm ki, bəlkə də belələrini də qınamaq lazım deyil. Çünki onlarçün müasirlik lüt-üryan gəzib dolaşmaqda, özlərini dırnaqarası gözəllik kumirlərinə bənzətməkdədir. Hətta bugün yaxşı bir söz dəb halına düşüb: “Gözəllik qurban tələb edir.” Bəli, ola bilər, gözəllik üçün nədəsə fədakarlıq edəsən, amma ta dırnaqarası gözəl görünmək üçün mədəniyyətindən, əxlaqından vaz keçmək...inciməyin, deyəcəm, bu ancaq “əxlaqçı”lar üçün keçərlidir...

Əslində bugünkü gəncləri də qınamaq olmaz. Əgər ana 3-4-cü sinifdə oxuyan uşağıynan televiziya qarşısında oturub “semiçka” çırtlayaraq teleseriallara baxırsa, hətta oradakı aktyor və aktrisaların geyimlərini matax bir şey kimi dəyərləndirirsə, o uşağın gələcəkdə sahib olacağı geyim mədəniyyətinə şübhə ilə yanaşmaq olar.Və ya bu günkü şou-biznesdəki “şpaklyovkalı”ların geyimlərini özünə dəb seçən ananın övladlarından hansı geyim əxlaqını gözləmək olar, deyə bilərsiniz? Hətta daha da irəli gedib başqa bir misal çəkim, qızını altdan-üstdən metrəlik parçalara bürüyən atanın televiziya qarşısında oturub aygünkimilər fəsiləsindən olanlara ağızsuyu axıtması övladın gələcək əxlaqçı geyim mədəniyyətindən xəbər vermirmi.....??? Bu misalları istədiyiniz qədər uzada bilərəm. Amma uzatdıqca sözün əsl mənasında qəlbim ağrıyır. Axı bu gün dırnaqarası baxdığımız geyim mədəniyyətini belə barbarcasına itirməklə özümüzü itiririk, BİZ olmaqdan çıxırıq...Bunu isə nə yazıq ki, anlayan çox az. Ona gorə də:

Mavi ekranlara baxıb “müasirləşirik”,
Şəhərdəki donsuzlara baxıb özgələşirik...

QEYD: Ey böyük Millətim, özünə qayıt! Yetər artıq bu qədər özgələşdiyin. Sən özünə qayıdanda böyük olursan. Heç olmasa, o böyüklüyün xətiri üçün özlüyünə dön!!!

Nermin Memmedli

2010/07/12

Dünyanın en güclüsü - İSPANİYA.

Cenubi Afrikada baş tutan 1 aylıq marafon – “19-cu Dünya Çempionatı“ marafonu sona çatdı. Bu marafonun en güclüsü ise tarixinde ilk defe İspaniya millisi oldu. Eslinde İspaniyanın axırıncı Avropa çempionu titullu olması bu millinin çempionatın favoritleri arasında gösterilmesine delalet edirdi. 

Marafonun qisaca tarixçesini xatırlayaq:

Çempionat ispanlar üçün heç de yaxşı başlamamışdı. Qrupdakı ilk matçında İsveçreye 0-1 meğlub olması matadorlara olan ümidi azaltmışdı. Amma İspaniya son Avropa çempionu olmasının tesadüfü olmadığını bir daha sübut etdi. Qrupdakı diger matçlarda Honduras ve Çilini müvafiq olaraq 2-0 ve 2-1 meğlub eden İspanlar 1/8 final merhelesine yükseldi. Bu merhelede ise qapısında qol görmeyen Ronaldolu Portuqalları 1-0 meğlub etdiler. Belelikle İspaniya dünyanın 8 en güclü kollektivi arasındaydı. 1/4 finalda çempionatının surprizi Paraquvay millisini çetinlikle 1-0 meğlub eden matadorlar 1/2 finalda çox güclü bir komanda ile - son Dünya çempionatının 3.cüsü - Almanlarla üzleşmişdi. Avstraliya, İngiltere ve Argentina matçlarında çox ela işleyen alman qol maşını matadorlar qarşısında durğunluq keçirdi. 1-0 ve İspaniya artıq finalda idi. Finalda ise reqib bu çempionatda hele ki, meğlubiyyet üzü görmeyen iki komandadan biri olan, Braziliya millisini mübarizeden kenarlaşdıran “ Portağallar “ kimi tanınan Hollandiya komandası idi. Her iki komanda da tarixinde ilk defe çempion olmaq üçün maydançaya çıxmışdı. Meşhur 92 minlik “Soccer City“ stadionunda baş tutan tarixi finalda xoş sona İspanlar çatdı. Matçın uzatma deqiqelerinde Barselonalı İniestanın vurduğu qol İspanlara tarixinde ilk defe dünya çempionluğunu getirdi. Portağallar ise tarixlerinde 3.cü defe yaxın olduğu bu çempionluğu yene finalda meğlub olmaqla taxire salmış oldu.

Finaldan sonra ise çempionatın resmi bağlanış merasimi keçirilib.

2010/07/11

Serblerin 8 min Bosniya müselmanını qırdığı SREBRENİTSA qetliamından 15 il ötür.

Bundan 15 yıl önce Avrupa’nın ortasında bir katliam yaşandı; Srebrenitza katliamı...

Bosna savaşı sırasında Sırp askerleri, sekiz bin dolayında masum Bosnalı Müslümanı katletti. Srebrenitza, Avrupa’da İkinci Dünya Savaşı’ndan sonra yaşanan en büyük katliama sahne oldu.

11 Temmuz, katliamın 15’inci yıldönümü, ancak geçen zamana rağmen, yakınlarını kaybeden ailelerin acısı hala taze... 
Hafızalardan silinmeyecek katliamda öldürülen binlerce Bosnalı Müslümanın kalıntıları ise ya hala aranıyor, ya da kimlik tespiti için DNA testinin yapılması bekleniyor.

"Srebrenitza" Güvenli İlan Edilen Bölgeler Arasındaydı

Tarih, 11 Temmuz 1995. Bosna Savaşı’nın üçüncü yılı... 
Srebrenitza, savaş sırasında "Birleşmiş Milletler Güvenli Bölgesi" ilan edilen altı yerden biriydi.

Birleşmiş Milletler gücünün konuşlandığı Srebrenitza, Sırp komutan Ratko Miladic öncülüğündeki Sırp askerleri tarafından kuşatıldı. Daha sonra Birleşmiş Milletler gücünde görev yapan Hollandalı askerlerin nöbet noktalarına saldırı düzenlendi ve 30 dolayında asker rehin alındı.

Bombardımana başlayan ve geri çekilmeleri şeklindeki uyarılara aldırmayan Sırp güçleri, 20. yüzyılın sonunda, Avrupa’nın ortasında, dünyanın gözü önünde katliam gerçekleştirdi. 
Hedefde Erkekler ve Erkek Çocuklar Vardı
Sırp askerlerin Srebrenitza’ya girmesinin ardından 30 bin dolayında Bosnalı Müslüman otobüslerle bölgeyi terketti.

Otobüslere bindirilerek gönderilenlerin çoğunun kadın, çocuk ve yaşlılar olduğu dikkatten kaçmadı. Yani, katliamda Sırpların hedefinde Bosnalı erkekler ve erkek çocuklar vardı. 
Sırp askerler, ailelerinden koparılan sekiz bin dolayında Bosnalı Sırp’ı gözlerini kırpmadan öldürdü. Kimi kaçmaya çalışırken katledildi, kimi kurşuna dizildi... Masum siviller, öldürüldükten sonra toplu mezarlara gömüldü..

Katliamın üzerinden 15 yıl geçmesine rağmen, bölgede hala toplu mezarlar ortaya çıkarılıyor. Kimlik tespiti yapılanların kalıntıları, her yıl 11 Temmuz’da Srebrenitza’nın kuzeyindeki Potocari’ye defnediliyor. Bu yılki tören için 775 mezar kazılmış durumda.

Katliamın Sorumlularına Gelince

Savaş sırasında Binlerce Müslümanın ölümünden sorumlu tutulan Sırp lider Radovan Karaciç, Lahey’de Birleşmiş Milletler savaş suçları mahkemesinde yargılananlar arasında.

İnsanlığa karşı suç işleme ve soykırımla suçlanan Karaciç, bunların tümünü reddediyor.

Soykırımla suçlanan Ratko Miladiç ise hala aranıyor.

2010/07/09

Qarabağ seferden zeferle dönür.

İyulun 1-i Bakıda Tofiq Behramov adına Respublika stadionunda Makedoniya temsilçisi Metallurg üzerinde 4-1 hesablı möhteşem qelebe qazanan Qarabağ 1 hefteden sonra nehayet ki, seferde cavab oyununa çıxmışdı. Bu oyunda Metallurq növbeti - ikinci merheleye yukselmek üçün temsilçimizin qapısından ne az, ne çox 3 cavabsız top keçirmeliydi. Qarabağın  da bu matça itkilerle çıxması buna esas verirdi. Hetta oyundan qabaq metbuat konfransında reqibin futbolçusu Mile Kristev  "Qarabağı 3-0 meglub edeceyimize inanıram, İkinci Filip stadionunda tarix yazacagıq" kimi ifadeyle futbolçularımızı qıcıqlandırmışdı. Buna en gözel cavabı Qarabağ meydançada oyunu ile vermeliydi. Belelikle matç baş tutdu. Oyunun 67-ci deqiqesinde Emin İmameliyevin vurdugu qol, Metallurgu,  özellikle de  Mile Kristevi boş xülyalardan el çekmeye sövq etdi. Makedoniya temsilçisinin bütün arzuları puç oldu. Bundan sonra Qarabağa artiq 5 cavabsız top vurmalıydılar. Bu da sadece olaraq fantastika olardı. Sonrakı deqiqelerde reqib Qarabağın qapısından 1 top keçirmeye nail oldu ki, bu da formal xarakter daşıyırdı.  Matç ele bu hesabla 1-1 başa çatdı. İki oyunun neticesine göre Qarabağ UEFA Avropa liqasının ikinci merhelesine yükseldi. Bu merhelede  temsilçimizi nisbeten zeif reqib gözleyir. Bu Şimali İrlandiyadan Portodaun klubudu. İkinci merhelenin Portodaun - Qarabağ oyunu 15 iyulda seferde baş tutacaq. Cavab oyunu ise bir hefte sonra Bakıda keçirilecek.

Zeferlerinin ardı gelsin, QARABAĞ.


Perviz Hesenli


2010/07/05

Maradona: «Ele bil Muhemmed Eli zerbe endirib ve men de nokauta düşmüşem»

Argentina millisinin baş meşqçisi Dieqo Maradona dünya çempionatının 1/4 finalında Almaniya 0:4 hesablı meğlubiyyete baxmayaraq, komandasının futbolçuları ile fexr etdiyini beyan edib. Qol.Az-ın melumatına göre, oyundan sonra keçirilen metbuat konfransında Maradona argentinalı futbolçuların Almaniya da oyun daxil olmaqla mundialın bütün matçlarında bütün güclerini ortaya qoyduqlarını bildirib: «Bu gün Almaniya topa daxa yaxşı nezaret etdi ve müasir futbol nümayiş etdirdi. Bizim futbolçular ise ferdi ustalıqlarına bel bağlayırdı. Men bu gün özümü çox meyus hiss edirem. Ele bil Mehemmed Eli gözel zerbe endirib ve men de nokauta düşmüşem. Bu meğlubiyyete baxmayaraq, bizim vetenin şerefini qoruyan 23 futbolçunun hamısıyla fexr edirem».