Sayfalar

2010/08/19

"Qarabağ" tarixi oyuna, tarix yazmağa çıxır.

Bu gün Ağdamın "Qarabağ" klubu Avroliqanın play off oyunlarının ilk turu çərçivəsində Almaniyanın məşhur "Barrusiya Dortmunt" klubunun qonağı olacaq. Matçın təmsilçimiz üçün çətin keçəcəyi gözlənsə də azarkeşlər bu oyundan ümidlidi. Bunu deməyə əsas da var. Çünki "Qarabağ" həm keçən, həm də bu il kifayət  qədər gözəl oyun nümayiş etdirir. Hətta bu il Avroliqadakı  səfər matçlarında göstərici də bizim xeyrimizədi. Belə ki, "Qarabağ"ımız səfərdə oynadığı 3 matçda meğlub olmayıb. 2 qələbə, 1 bərabərlik. Çox maraqlıdır ki, Bakıdakı oyunlarda da eyni nəticə qeydə alınıb. Ümumilikdə bu il təmsilçilərimiz Avrokubok oyunlarında - rəqib meydanında məğlubiyyətin nə olduğunu bilımir. 4 qələbə, 2 bərabərlik. "Qarabağ"ın bu uğurlu seriyanı davam etdirəcəyinə inanırıq. Klubumuz Almaniyada azarkeş baxımından da korluq çəkməyəcək. Həm Almaniyadakı səfirliyimiz, həm qürbətçi vətəndaşlarımız, həm də Almaniyadakı qardaş Türkiyəli qürbətçilər bir neçə gündü matçın ciddi təbliğatı ilə məşğuldu. Bir çox xarici informasiya vasitələri də hamını "Qarabağ"a dəstək verməyə çağırır. 

Oyuna bir neçə saat qalmış mütəxxəsis və futbolçu rəyləri də matçın önəmini daha da çox artırır. Bunlardan bir neçəsinə nəzər salaq:

«Borussiya Dortmunt » klubunun  baş  məşqçisi - Yurgen Klopp: «Qarabağ»a uduzmağa haqqımız yoxdur, Azərbaycan torpaqlarının işğal edilməsindən xəbərdaram. Bu üzdən matçın Bakıda keçiriləcəyini bilirik. Kaş “Qarabağ”ın öz stadionunda oynamaq imkanımız olardı.

“Qarabağ” klubunun baş məşqcçsi - Qurban Qurbanov:  Sona qədər  vuruşacağıq və təslim olmayacağıq.

“Bakı” klunun baş məşqçisi - Vinfred Şefer: “Qarabağ” sizin üçün ağacdan qopub düşən hazır armud deyil”

Milli komandamizin baş məşqçisi - Berti Foqts: “Qarabağ”ın qələbəsi dünyanın əsl möcüzəsi olacaq”

«Borussiya» nın Turkiyəli  futbolçusu -  Nuri Şahin: «Unutmayın ki, «Qarabağ» «Visla» kimi bir komandaya qalib gəlib»

"Qarabağ" klubunun hücumçusu - Əfran İsmayılov: «Biz bu şansımızdan istifadə edib tarix yazmalıyıq»

Oyuna gəlincə qeyd edim ki, Qarabağin ən sərrast futbolçusu Efran İsmayılov zədə ucbatından matçı buraxacaq. Rəqib düşərgədə də bir neçə ciidi itki var. 

Barrusiya-Qarabağ matçı Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Azərbaycan Televiziyası və İdman Azərbaycan telekanalları vasitəsiylə  ilə canlı yayımlanacaq. 

QARABAĞA UĞURLAR!!!!!

Pəviz Həsənli