Sayfalar

2010/12/21

MAVİ EKRANLARIN "AŞURA" DONU

Yaşıl üzsüz qalmış mavi ekranların və ya yaşılofobiya ilə məşğul olan əksər televiziya kanallarının Tasua-Aşura günlərində proqramlarındakı ab-hava matəm görkəmini xatırladırdımı? Bu, bir yana, ümumiyyətlə televiziya ekranları önəmi önəmindən önəmli olan bu günlərdə hansı qeyri-adi addımlar atmışdılar?

Qısaca araşdırmam bu mənada məsələnin o qədər də ürəkaçan olmadığını bir daha göstərdi. 9 televiziya kanalımızdan “İdman Azərbaycan” və “ATV İnternational”ı çıxmaqla bəlkə də məsələni istədiyim yaxşı yönə çəkirdim. Amma nə çarə... Qeyd edim ki, araşdırmam sadəcə Aşura günüylə bağlı idi. Tasua günü toplumda o qədər də tanınmadığı üçün, tv-ekranlardan nə isə ummaq yersiz olardı. İlk öncə ictimaiyyətdə çox pis tanınan, özünü Azərbaycan teleməkanının lideri görən Lider Tv-nin proqramına diqqət yetirək. Çox təəssüf ki, bu tv Aşura gününün sözün yaxşı mənasında lideri ola bilmədi. Ümumi gündəlik proqramda heç bir dəyişiklik yox idi. Bu azmış kimi, “Tap dostum” musiqili əyləncəli yarışması da “prime time”da ekranda yayımda idi. Lider tv-dən əlimi üzüb, bir çox hallarda İslama önəm verən, reytinqlərin lideri Xəzər Tv-yə yön tutdum. Amma yönümdə, düşüncəmdə yanlışlıq var idi. Xəbər proqramları xaricində Aşura günü Xəzər TV-nin cədvəlində dəyişiklik edə bilməmişdi. “Buna da bir quş” – deyib, şou-biznesin ifratına varan, bu mənada insanlarda ikrah hissi yaradan, son bir neçə gündə hicabofobiyada da əməyi olan, “Azad Azərbaycan” televiziyasına diqqət yetirmək istəməzdim. Çünki, bu tv-kanaldan heç bir şey gözləmirdim. Amma yenə də: “bəlkə?” deyib, nəzərlərimi ATV kanalına çevirdim. Elə gözlədiyim və ya başqa sözlə, gözləmədiyim mənzərənin şahidi oldum:

- Musiqilər, “Yeni ulduz 10”, “Onun yarısı” və s. bu tipli musiqili verilişlər. Heç təəccüblənməyib, nəzəri addımlarımı dövlət televiziyasından - Aztv-dən saldım. Cəmiyyətin əksər hissəsinin biri-birinə yarı ciddi-yarı zarafat “səni görüm Aztv-yə baxasan” dediyi dövlət tv-dən söhbət gedir. Amma bir nüans nəzərimi çəkdi. Bu müqəddəs günə xatir “Peyğəmbər (s)” bədii filmi ekranda özünə yer tapmışdı. Buna “sevinimmi, üzülümmü?” formatlı qaranlıq qalmış suallarıma cavab tapa bilmirdim. “İnşaallah, bundan yaxşısı olar” kimi arzu-istəklərimlə milli adət-ənənəmizi üstün tutan İctimai tv-dən ümidlərim çox idi. Amma bu çox olan ümidlərim sıfra endi. Hətta “Avroviziya” musiqili yarışmasının da ekranda görünməsi bu tv-də “Aşura” gününün hörmətinin olmamasından xəbər verirdi. 2 tv kanalı qalmışdı: Space və ANS TV. Mübarək Ramazan ayında “Hz.Yusif” serialıyla cəmiyyətimizə müsbət yöndə töhfə vermiş Space tv-dən çox da olmasa, gözləntilərim var idi. Sadəcə olaraq, milli kinomuz olan “Axırıncı aşırım” ümumi proqramda dəyişikliyin yaxşı mənada qurbanı olsa da, “Planet parni iz Baku” əyləncəli verilişi buna kölgə salaraq, sanki “Gözləntilərini məndən də çək!” deyirdi.

Sonda tv kanallarımızın içərisində digərlərinə nisbətən mənəvi yönüylə tanınan ANS TV, bu dəfə də Aşura gününün ehtiramını saxlayaraq proqramında ciddi dəyişiklik etmişdi desəm, yanılmaram. Əsla ANS-çi mövqe tutmuram. Ən azından onu deyim ki, bir neçə il bundan əvvəlki hamının sevimlisi olan ANS artıq bu hörmətini itirib. Mən sadəcə olaraq Aşura günüylə araşdırmamdakı gerçəklikləri deyirəm və deməliyəm də. Bu mənada ANS-ə ”alqışlar”. Diqqətimi çəkən məqam - “Meyxana” verilişinin həm “Tasua”, həm də “Aşura” günü və “Toy olsun” verilişinin “Aşura” günü efirə getməməsi idi. Bundan başqa, ”Günəbaxan” verilişində Aşura mövzusu, “İbrahim”, ”Vaqiə günü”, “Axırıncı aşırım”, “Kərbəla”, “Tövbə”, “Əsirlər karvanı” filmlərinin efirə getməsi ANS-ə “alqışlar, əhsən” deməyimin layiqli səbəbiydi.

P.S. Sonda ANS Tv-nin proqramına diqqət yetirməyim, yazımı sadəcə olaraq bədbin notlarla bitirməmək istəyimdən irəli gəlir. Bu qədər TV kanalımızın içərisində isə yalnız birinin Aşura müqəddəsliyinə ehtiramı ürəkyandıran gerçəklikdir.

Pərviz Həsənli.

İstinad: Deyerler.org

2010/11/30

EL CLASSİCO VE YA BARSA "5H0W"


Öten gün bütün dünyanın sözün esl menasında gözü, qelbi, fikri-zikri İspaniya La liqasının 13-cü turu çerçivesinde keçirilen Barselona - Real Madrid matçına yönelmişdi. Matçın enenevi olaraq şenbe ve ya bazar günü yox, bazar ertesi oynanılması da oyuna olan marağı azaltmamışdı. El Classico adıyla bütün dünyada meşhurlaşmış matç prinsipiallığı ile önem kesb edirdi. Ezeli reqabet, klubların ulduz heyyete malik olması, her iki klubun turnir cedvelinde qonşu pillede yer alması ve daha vacib meqam oyundan bir neçe gün evvel Realın baş meşqçisi Maurinyonun sözün esl menasında "başından böyük danışması" matça önemi artırırdı. Bir çox futbol mütexxesisleri de Maurinyolu Realın bu oyunda en azı meğlub olmayacağını deyirdi. Amma gözlenilenlerin eksi olaraq Quardiyolanın yetirmeleri meydanda madridlilere göz verib, işıq vermirdi. Möhteşem Nou Kamp stadionunda oyuna hemişeki dönüş müdaxileleri ile tanınan Jose Maurinyodan eser-elamet bele yox idi. Messi ve yoldaşları meydanda at oynadırdı. 98255 azarkeşin izlediyi matçda "Barsa show" 10-cu deqiqede Xaviyle resmen açıq elan olundu. Bundan sonra meydanda her iki klubun futbolçuları hisslerine meğlub olub, Classicoya kölge salan hereketlere yol verirdiler. Çoxları Realın status qolunu berpa edeceyini anı gözlediyi meqamda, sehneye Pedro çıxdı. 17-ci deqiqede vurulan bu qol artıq böyuk hesab olacağının ilk sindromlarını üze çıxarırdı. Lakin ilk hisse ele bu hesabla başa çatdı. Bir çox mütexxesis, madridli futbolseverler mehz ikinci hissede Maurinyonun adet edilmiş üzre oyuna dönüş müdaxilesini etmesini gözleyirdi. Amma hemen gün meydanda Barselona var idi. Josenin bele sakit-dinmez oturub şounu izlemesi " ağ bayraq qaldırmağın " bir nümunesi idi. Meydanda bütün kompanentlerde Realı üsteleyen kataloniyalılar 55 ve 58-ci deqiqelerde 3 deqiqe erzinde David Vilya ile daha iki qola imza atıb hesabı Real üçün "real facie"ye çevirdiler. Lakin barsalı futbolçular bununla işini bitmiş hesab etmir, sanki qol şousundan doymurdular. Bunun bariz nümunesi kimi oyuna 87-ci deqiqede Pedronun evezine daxil olmuş genc Jeffren hakimin oyuna elave etdiyi deqiqelerde kariyerasına önem qatan qolu madridlilerin qapısından keçirdi. Matçın son deqiqelerinde bu meğlubiyyeti heç cür hezm ede bilmeyen S.Ramos öz hisslerinin qurbanı oldu. Etdiyi kobudluğa göre qırmızı vereqe alıb meydandan qovuldu. Bu "El Classico"da son maraqlı hadise idi. Hakimin final fiti ise Realın 5-0 darmadağın olmasından, Maurinyonun tarixinin en ağır meğlubiyyetinden ve İspaniya La liqasının yeni liderinin Barselona olmasından xeber verirdi.

P.S. Bütün Barselona azarkeşlerini bu möhteşem qelebe münasibetiyle tebrik edirem.

Perviz Hesenli

2010/11/25

İSLAM DİNİNİN KAMİL OLDUĞU GÜN.

Qədir Xum hadisəsi (ixtisarla)


Hicrətin onuncu ilində Peyğəmbər (s)
Həcc mərasimini icra etmək üçün Məkkəyə yola düşdü. Bu dəfə belə bir
vacib əməlin yerinə yetirilməsi əziz Peyğəmbərin ömrünün axırıncı ilinə
təsadüf edirdi. Buna görə də onu “Həccətül-vida” (vida Həcci)
adlandırırlar. Həcc mərasiminin qayda-qanunlarını dəqiq öyrənmək və
Peyğəmbərlə həmsəfər olmaq həvəsi ilə onunla yoldaş olanların sayı
təxminən 120 min nəfərə çatdı. Həcc mərasimi sona çatdı. Əzəmətli bir
cəmiyyət o həzrəti müşayiət edən bir halda Mədinəyə tərəf yola düşdü.
Məkkədə ona qoşulan şəxslərdən başqa hamı onun yanında idi. Karvan
Qədir-Xum adlı susuz bir səhraya (Cöhfədən üç millik məsafədədir)
çatanda vəhy mələyi nazil oldu, Allah tərəfindən Peyğəmbərə dayanmaq
əmri verdi.
Allahın əmri aşağıdakı ayədə Peyğəmbərə nazil oldu: “Ey Peyğəmbər,
Rəbbinin tərəfindən sənə nazil olanı camaata çatdır. Əgər bu işi
etməsən, Allahın risalətini yerinə yetirmiş olazsan. Allah səni
camaatdan (onların şərrindən) qoruyacaq.” (Maidə 67)

Peyğəmbər zöhr namazını o əzəmətli cəmiyyətlə birgə qıldı. Qədir
diyarında o günə kimi belə əzəmətli bir cəmiyyət görünməmişdi. Sonra
camaatın arasına gəlib dəvələrin yüklərindən düzəldilmiş bir minbərə
çıxdı və uca səslə belə bir xütbə oxudu:

- “Sitayiş yalnız Allaha məxsusdur. Ondan kömək istəyirik, Ona iman
gətirmişik, Ona təvəkkül edirik və öz nəfslərimizin şərindən,
əməllərimizin pisliyindən o Allaha pənah aparırıq ki, yolunu azanlar
üçün Ondan başqa heç bir hidayətçi və yolgöstərən yoxdur və Onun hidayət
etdiyi şəxsi heç kəs azdıra bilməz. Şəhadət veririk ki, Ondan başqa heç
bir mə`bud yoxdur və Məhəmməd Allahın bəndəsi və elçisidir. Ey camaat!
Yaxın vaxtlarda mən haqqın də`vətinə “ləbbeyk” deyib sizin aranızdan
gedəcəyəm. Mən də məs`ulam, siz də məs`ulsunuz. Mənim barəmdə nə
fikirləşirsiniz?
Peyğəmbərin səhabələri dedilər:–Şəhadət veririk ki, sən Allah
dinini təbliğ etdin, bizə qarşı xeyirxah olub nəsihət verdin, bu yolda
çox çalışdın. Allah sənə gözəl mükafat versin!
Peyğəmbər buyurdu:–Allah mənim mövlam, mən də mö`minlərin
mövlasıyam və onlara, onların özlərindən artıq ixtiyar sahibiyəm. Ey
camaat, mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və
rəhbəridir.
Peyğəmbər axırıncı bu cümləni üç dəfə təkrar edib sonra belə dua etdi:
“Pərvərdigara, Əlini sevən hər kəsi sev, Əli ilə düşmənçilik edən hər
kəsə düşmən ol! Ilahi, Əlinin dostlarına kömək, düşmənlərini xar və
zəlil et. Pərvərdigara, Əlini haqqın mehvəri qərar ver!

“Peyğəmbər Əliyə buyurdu: Qalx ayağa, mən səni özümdən sonra camaatın rəhbəri və yol göstərəni seçirəm.
Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Camaat, sizə
vacibdir ki, Əlinin həqiqi dostları və düzgün ardıcılları (havadarları)
olasınız.”

2010/09/16

"Bakı Dövlət Universiteti Bağımsız Tələbə Birliyi" Türk şəhidliyini ziyarət etdi.

Bakının 1918-ci il sentyabrın 15-i Qafqaz İslam ordusu tərəfindən bolşevik-daşnaklardan azad olunmasının il dünümüylə bağlı Şəhidlər Xiyabanında yerləşən Türk şəhidliyinə ziyarət təşkil olunub. Mütəmadi olaraq bir neçə gün əvvəldən bu şərəfli yolda şəhid olanlar istər hansısa təşkilatlar, istərsə də  fərdi  insanlar şəklində ziyarət olunurdu. Diqqəti çəkən xoş məqam burasındadır ki, facebook sosial şəbəkəsində Bakı Dövlət Universitetinin vətənpərvər gənci  Cavid Qarayev tərəfindən yeni yaradılmış "Bağımsız Tələbə Birliyi"nin də sentyabrın 15-i  ilk görüşü baş tutub. Hüseyin Cavid heykəlinin qarşısından baş tutan görüş Şəhidlər Xiyabanında sona çatıb. Fəal gənclər tərəfindən şəhidlərin şərəfinə ucaldılmış abidə qarşısına əkili qoyulmuş və dualar oxunmuşdur. Bundan əlavə bu yolda şəhid olanlarla bağlı gənclərə ətraflı məlumat da verilmişdir. Digər sevindirici məqam isə Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının başqanı Seymur Həsənlinin də gənclərlə görüşüb onlara bu yolda dəstək olacağını bildirməsidir. Daha sonra gənclər 20 Yanvar şəhidlərini də ziyarət edib xatirə rəsmi də çəkdirmişdir. Cavid Qarayev isə çıxışında bu ilk gürüşün məhz belə günə təsadüf etməsinə sevindiyini ve qrupun əsas məqsədinin Bakı Dövlət Universitetin təhsil alan gəcnlər arasında vətənpərvərlik ruhunun artırılmasına kömək olacağını bildirdi. 

2010/08/19

"Qarabağ" tarixi oyuna, tarix yazmağa çıxır.

Bu gün Ağdamın "Qarabağ" klubu Avroliqanın play off oyunlarının ilk turu çərçivəsində Almaniyanın məşhur "Barrusiya Dortmunt" klubunun qonağı olacaq. Matçın təmsilçimiz üçün çətin keçəcəyi gözlənsə də azarkeşlər bu oyundan ümidlidi. Bunu deməyə əsas da var. Çünki "Qarabağ" həm keçən, həm də bu il kifayət  qədər gözəl oyun nümayiş etdirir. Hətta bu il Avroliqadakı  səfər matçlarında göstərici də bizim xeyrimizədi. Belə ki, "Qarabağ"ımız səfərdə oynadığı 3 matçda meğlub olmayıb. 2 qələbə, 1 bərabərlik. Çox maraqlıdır ki, Bakıdakı oyunlarda da eyni nəticə qeydə alınıb. Ümumilikdə bu il təmsilçilərimiz Avrokubok oyunlarında - rəqib meydanında məğlubiyyətin nə olduğunu bilımir. 4 qələbə, 2 bərabərlik. "Qarabağ"ın bu uğurlu seriyanı davam etdirəcəyinə inanırıq. Klubumuz Almaniyada azarkeş baxımından da korluq çəkməyəcək. Həm Almaniyadakı səfirliyimiz, həm qürbətçi vətəndaşlarımız, həm də Almaniyadakı qardaş Türkiyəli qürbətçilər bir neçə gündü matçın ciddi təbliğatı ilə məşğuldu. Bir çox xarici informasiya vasitələri də hamını "Qarabağ"a dəstək verməyə çağırır. 

Oyuna bir neçə saat qalmış mütəxxəsis və futbolçu rəyləri də matçın önəmini daha da çox artırır. Bunlardan bir neçəsinə nəzər salaq:

«Borussiya Dortmunt » klubunun  baş  məşqçisi - Yurgen Klopp: «Qarabağ»a uduzmağa haqqımız yoxdur, Azərbaycan torpaqlarının işğal edilməsindən xəbərdaram. Bu üzdən matçın Bakıda keçiriləcəyini bilirik. Kaş “Qarabağ”ın öz stadionunda oynamaq imkanımız olardı.

“Qarabağ” klubunun baş məşqcçsi - Qurban Qurbanov:  Sona qədər  vuruşacağıq və təslim olmayacağıq.

“Bakı” klunun baş məşqçisi - Vinfred Şefer: “Qarabağ” sizin üçün ağacdan qopub düşən hazır armud deyil”

Milli komandamizin baş məşqçisi - Berti Foqts: “Qarabağ”ın qələbəsi dünyanın əsl möcüzəsi olacaq”

«Borussiya» nın Turkiyəli  futbolçusu -  Nuri Şahin: «Unutmayın ki, «Qarabağ» «Visla» kimi bir komandaya qalib gəlib»

"Qarabağ" klubunun hücumçusu - Əfran İsmayılov: «Biz bu şansımızdan istifadə edib tarix yazmalıyıq»

Oyuna gəlincə qeyd edim ki, Qarabağin ən sərrast futbolçusu Efran İsmayılov zədə ucbatından matçı buraxacaq. Rəqib düşərgədə də bir neçə ciidi itki var. 

Barrusiya-Qarabağ matçı Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Azərbaycan Televiziyası və İdman Azərbaycan telekanalları vasitəsiylə  ilə canlı yayımlanacaq. 

QARABAĞA UĞURLAR!!!!!

Pəviz Həsənli

2010/07/23

Şəhid hərbçimiz Mübariz İbrahimova Milli Qəhrəman adı verildi!

Prezident İlham Əliyev Azərbaycan Ordusunun şəhid əsgəri, gizir Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.

Dövlət başçısı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi barədə də Sərəncam imzalayıb. Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Prezident qərara alır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etməldiir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin iyunun 19-dakı hücumu zamanı Millli Ordumuzun əsgəri, əslən Biləsuvar rayonundan olan Mübariz İbrahimov qəhrəmanlıq göstərərək şəhid olub. Onun meyiti düşmən tərəfində qalıb. Ermənilər müxtəlif bəhanələrlə hərbçimizin meyitini hələ də qaytarmaqdan imtina edirlər.

Milli.Az

2010/07/18

Hamı Mübariz olsun.....

“Mübariz” sözündəki “M” hərfini kiçik yazsaydım, bu, başqa bir anlamda səslənərdi, böyük yazdımsa, deməli, “Mübariz” insan adına işarədir. Özü də elə bir insan adına ki, indi Azərbaycanın hər yerində hamı ondan danışır. Elə biz də. Xatırladaq ki, Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrilə gedən qanlı döyüşdə 4 erməni əsgərini məhv edən və elə o sayda da yaralayan Mübariz İbrahimov indi gənclərimizə örnəkdir. Deməli, o, bir gün öncə yazdığı məktubun mətninə görə döyüşəcəyini bilirmiş və elə bu baxımdan da valideynlərindən xeyir-dua alıb və deyib ki, şəhid olanadək erməni şərəfsizlərinin üzərinə gedəcək. Getdi və şəhid oldu. Özü də bunu çox istəyirmiş və “Şəhid olsam – ağlamayın” sözlərini yazmaqla sanki Azərbyacan xalqına bir təskinlik verib. O hadisədən bir təskinlik tapdıqmı? Şəxsən, mən yox. Heyf ki, belə qəhrəman oğullarımız Xankəndinə, Şuşaya ayaqları dəymədən bu dünyadan gedir. İstərdim ki, bu gün hamı 22 yaşlı Mübariz kimi olsun, ancaq onun kimi səngərdə ölməsin. Ölən düşmən olsun, biz isə qalib olan tərəf. Bir az pafoslu səslənsə də mən belə istəyirəm, neyləyim axı, erməni xislətindən yazmaqdan daha bezmişəm. İstəyirəm ki, yaşayışımızda hər şey öz axarıyla getsin və mən sevimli işim olan diaspor işində xalqıma yeni töhvələrimi verəm. “Mübariz” söhbətini bitirib diaspor söhbətinə niyə keçirəm? Ona görə ki, yeni olacaq döyüşlərdə yeni mübarizlər olmaq üçün hər şey bizim əlimizdə deyil. Bunun üçün sadəcə olaraq müharibə etmək lazımdır. Ona da inanın ki, bir vətəndaş kimi bunu hər an gözləyirəm. Diaspor işinin də uğurla sona çatdırılması elə müharibə etmək kimi bir şeydir, çünki açıq etiraf edək ki, hələlik bu diaspor işində erməni, yəhudu, yunan diasporlarına çox uduzuruq. Düzdür, bizim xarici ölkələrin hər yerində mütəşəkkil diaspor təşkilatlarımız fəaliyyət göstərməkdədir. Ancaq bütün bunların sonunda lobbiçilyə doğru uğurlu addım ata bilmirik. Hə, yadımdan çıxmışdı, dünən Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının ildönümü idi. Təkcə Komitənin özündə işləyənləri deyil, bütün dünyaya səpələnmiş soydaşlarımızı bu tarixi gün münasibətilə təbrik edirəm. Düzdür, Komitənin özündə bir az məndən inciyiblər. Ona da əsas səbəb kimi “2009-cu il Eurovision mahnı müsabiqəsi”ndə xarici diaspor təşkilatlarından yetərincə səs almadıqlarımıza görə Komitəni bir az tənqid eləmişdim. Ancaq sonradan gördüm ki, o müsabiqə siyasi oyunbazlığa çevrildiyindən bizim xaricdə yaşayan həmyerlilərimizdən çox şey gözləmək əbəs imiş. Elə bu il belə oldu. Çox böyük ümidlər bəslədiyimiz ölkələrdən Azərbaycana yaxşı səs vermədilər. Və nəticədə heç 2009-cu ilin nailliyyətini də təkrarlaya bilmədik və yuvarlanıb 5-ə düşdük. Buna heyfsənlənmədiK, çünki hər iki ildə də dalbadal erməniləri qabaqlamışdıq. Bax, diaspor işində də belə istəyirik. Ermənilərdən bir addım qabaqda olmaq.Ancaq yenə də etiraf edək ki, hələlik lobbiçiliyə doğru atılan addımlarda erməniləri üstələyə bilmirik. Bunun səbəbini nədə axtarmaq lazımdır? Bir az çətin və siyasi sual olduğundan onun üstündən Xəzri küləyi kimi sakitcə keçib köşəmizi davam etdirək. Və elə bu an Azərbaycanda fəaliyyət göstərən elektron kütləvi informasiya vasitələrinin başqanlarına bir sualla müraciət etmək istərdim. Nəyə görə onlar öz televiziyalarında diaspor verilişlərinə yer ayırmırlar? Niyə? Başqa zaman da diasporun işindən narazıçılıq edirlər. Əgər bir erməni Uzaq Sibirdə iş qurub özünə ad-san qazanırsa və bunu Ermənitan televizyası gəlib lentə alırsa, niyə biz öz soydaşlarımızın gördükləri işləri camaatımıza demirik, bunu nədən və kimdən gizlədirik. Əksinə biz hər an, hər saniyə onlara dəstək olmalıyıq ki, onlar öz potensialından istifadə edərək yerli icraedici və qanunverici orqanlara namizədliklərini irəli sürsünlər, qalib olub məslislərdə Azərbaycanın adını göylərə qaldırsınlar, Azərbaycan həqiqətlərini təmsil olunduqları partiyalarda, iştirak etdikləri sammit və tədbirlərdə üzə çıxartsınlar. Mübarizlik deməli, təkcə döyüşdə deyil, elə dinc həyatda da bizə lazımdır. Bunun üçünsə mübariz olmaq üçün insanlarımıza dayaq durmaq lazımdır. Bax, əsil mübarizə də onda olacaq…

Babək Göyüş. mənbə: canaz.tv